# Müqəddəs Kitaba görə masturbasiya günahdırmı?

- Link: https://xilasinyolu.site/faqs/muq%c9%99dd%c9%99s-kitaba-gor%c9%99-masturbasiya-gunahdirmi/
- Published: 2022-05-25T12:08:58+04:00
- Author: thecasper

Müqəddəs Kitab heç vaxt masturbasiya haqqında xüsusi xatırlatmır və ya bunun günah
olub-olmadığı barədə bildirmir. Halbuki, masturbasiyaya aparan hərəkətlərin günah
olduğuna dair şübhə yoxdur. Masturbasiya ehtiraslı düşüncələrin, seksual stimulyasiyanın
və pornoqrafik surətlərin son nəticəsidir. Bu həmin problemdir ki, ondan qaçmaq 
lazımdır. Əgər şəhvət və pornoqrafiyadan imtina olundusa və ona üstün gəlindisə 
masturbasiya problemi başa çatacaq.

Müqəddəs Kitab bizə cinsi əxlaqsızlıqdan qaçmağı deyir (Efeslilərə 5:13). Mən masturbasiyanın
müəyyən bir testdən necə keçə biləcəyini bilmirəm. Bəzən bir şeyin günah olub-olmadığını
belə müəyyən etmək olar, əgər sən etdiyin şeyi başqalarının yanında “fəxrlə” deyə
bilirsənsə bu günah deyil. Əgər sən bir şeyin başqaları tərəfindən aşkara çıxarılmasından
xəcalət çəkir və ya utanırsansa demək bu günahdır. Günahı təyin etmək üçün etdiyimiz
hərəkəti səmimi və yaxşı vicdanla etdiyimizi yoxlamaq üçün Allahdan xeyir-dua istəməli
və bundan Öz yaxşı məqsədi üçün istifadə etməsini diləməliyik. Mən düşünmürəm ki,
masturbasiya bizim “fəxr” edəcəyimiz və ya Allaha buna görə minnətdarlıq bildirə
biləcəyimiz bir hərəkətdir.

Müqəddəs Kitab bizə öyrədir, “Beləliklə, yeyirsinizsə, içirsinizsə, nə edirsinizsə,
hər şeyi Allahın izzəti üçün edin” (1Korinflilərə 10:13). Əgər bir şeyin Allahı 
razı salacağından şübhə edirsənsə, onu etməməyin daha yaxşıdır. “İmandan olmayan
hər şey günahdır” (Romalılara 14:13). Mən Müqəddəs Kitaba əsasən masturbasiyanın
Allahı izzətləndirdiyini görmürəm. Biz unutmamalıyıq ki, bədənimiz də ruhumuz kimi
xilas edilib və Allaha məxsusdur. “Məgər bilmirsiniz ki, bədəniniz, Allahdan aldığınız
və sizdə yaşayan Müqəddəs Ruhun məbədidir və siz özünüzə məxsus deyilsiniz? Çünki
siz çox baha qiymətə alınmısınız. Buna görə, Allahınkı olan bədəninizlə və ruhunuzla
Allahı izzətləndirin” (1Korinflilərə 6:19-20). Beləliklə, mən deməliyəm ki, masturbasiya
Müqəddəs Kitaba əsasən günahdır. İnanmıram ki, masturbasiya Allahı izzətləndirir,
əxlaqsızlıqdan boyun qaçırmaq və ya Allahın imtahanından keçmək bizə öz bədənimizə
sahiblik hüququnu verir.
