# İsa cənnətə aparan yeganə yoldur?

- Link: https://xilasinyolu.site/faqs/isa-c%c9%99nn%c9%99t%c9%99-aparan-yegan%c9%99-yoldur/
- Published: 2022-05-25T12:13:43+04:00
- Author: thecasper

“Ümumiyyətlə, mən yaxşı insanam, ona görə də cənnətə gedəcəyəm.” “Düzdür, bəzən 
mən pis şeylər edirəm, lakin etdiklərim arasında yaxşı şeylər daha çoxdur. Ona görə
də mən cənnətə gedəcəyəm.” “Allah Müqəddəs Kitaba uyğun yaşamadığım üçün məni cəhənnəmə
göndərməyəcək. Artıq vaxt dəyişilib!” “Yalnız çox pis insanlar, yəni uşaq oğruları
və qatillər cəhənnəmə gedəcəklər.”

Bunlar insanlar arasında deyilən ümumi ağlabatan fikirlərdir, həqiqət isə burasındadır
ki, onların hamısı yalan danışır. Dünyanın rəisi olan şeytan bu fikirləri bizim 
beynimizdə əkir. O və onun yolunu izləyənlər Allahın düşmənidir (1Peter 5:8). Şeytan
həmişə özünü yaxşı göstərir (2Korinflilərə 11:14), lakin O bütün zehinləri Allaha
məxsus olmaması üçün idarə edir. “Bu əsrin tanrısı imansızların zehinlərini kor 
etmişdir ki, /görünməz/ Allahın surəti olan Məsihin izzəti haqqındakı Müjdənin nuru
onları aydınlatmasın” (2Korinflilərə 4:4).

Allahın kiçik günahlara fikir vermədiyinə və cəhənnəmi “pis insanlar” üçün saxladığına
inanmaq yalandır. Bütün günahlar bizi Allahdan ayırır, hətta “kiçik ağ yalan” belə.
Hamı günah işlədib və heç kim öz gücünə cənnətə getməyə qadir deyil (Romalılara 
3:23). Bizim cənnətə getməyimiz yaxşı əməllərimizin pis əməllərimizi üstələməsinə
əsaslanmır, belə olsa biz hamımız məhv olarıq. “Lakin əgər lütf ilədirsə, artıq 
əməllərdən asılı deyildir; yoxsa lütf artıq lütf olmaz. Və əgər əməllərdən asılı
isə, bu artıq lütf deyildir; yoxsa əməl artıq əməl olmaz” (Romalılara 11:6). Biz
cənnəti qazanmaq üçün heç bir saleh iş görə bilmərik (Titus 3:5).

“Dar qapıdan girin; çünki həlaka aparan qapı geniş və yol enlidir; və ondan girənlər
çoxdur” (Matta 7:13). Hətta insanlar günahlı həyat yaşayırlarsa da və Allaha inanmaq
dəbdə olmasa da, Allah bunu bağışlamayacaq. “Bir zamanlar bu günahlara görə hərəkət
etdiniz, bu dünyanın gedişinə, havadakı hakimiyyətin, yəni indi itaətsiz insanlarda
fəal olan ruhun hökmranına uydunuz” (Efeslilərə 2:2).

Allah dünyanı yaradanda o, kamil idi. Hər şey yaxşı idi. Sonra O Adəm və Həvvanı
yaratdı və onlara azad iradə verdi. Onların Allahı izləmək və ya Ona itaət etmək
seçimi var idi. Lakin Allahın yaratdığı ilk insanlar olan Adəm və Həvva Allaha itaətsizlik
etməyi seçdilər və günaha batdılar. Bu onlarla Allah arasındakı yaxın ünsiyyəti 
kəsdi (onlardan sonra gələn hər kəsin, biz də daxil olmaqla). O kamildir, müqəddəsdir
və günahı cəzalandırmalıdır. Günahkar olduğumuz üçün biz özümüz bunu edə bilmərik.
Ona görə də Allah cənnətdə Onunla birgə olmağımız üçün bir yol yaratdı. “Çünki Allah
dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin
heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun” (Yəhya 3:16). “Çünki günahın
əvəzi ölüm, Allahın ənamı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır” (Romalılara 6:
23). İsa doğuldu ki, bu yolu bizə öyrədə bilsin və günahlarımıza görə öldü ki, biz
ölməyək. Üç gündən sonra ölüm üzərindəki qələbəsini sübut etməklə, ölülərdən dirildi(
Romalılara 4:25). O, Allahla insan arasında körpü yaratdı, biz yalnız iman etməklə
Onunla şəxsi ünsiyyətə malik ola bilərik.

“Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi 
tanısınlar” (Yəhya 17:3). Çox insanlar Allaha inanır, hətta şeytanın özü də. Lakin
biz xilası qəbul etmək üçün şəxsi ünsiyyətimizi bərpa etməli, Allaha dönməli, günahlarımızdan
tövbə etməli və Onu izləməliyik. Malik olduğumuz və etdiyimiz hər şeydə Allaha etibar
etməliyik. “Allah bu bəraəti, İsa Məsihə olan iman vasitəsilə, iman gətirənlərin
hamısına qazandırmışdır; çünki insanlar arasında heç fərq yoxdur” (Romalılara 3:
22). Müqəddəs Kitab öyrədir ki, xilasa Məsihdən başqa yol yoxdur. Yəhya 14:6-da 
İsa deyir, “Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına
heç kim gələ bilməz.”

Xilasa yeganə yol İsadır, çünki O günahlarımızın əvəzini ödəyə bilən yeganə Şəxsdir(
Romalılara 6:23). Başqa heç bir din günahın dərinliyi və nəticələri haqqında öyrətmir.
Başqa heç bir din İsa Məsihin təmin edə biləcəyi günahın sonsuz qarşılığını ödəməyi
təklif etmir. Başqa heç bir dinin “banisi” bəşər olmuş Allah (Yəhya 1:1, 14) olmayıb
ki, – sonsuz borcları ödəyə bilsin. İsa Allah olmalı idi ki, bizim borclarımızı 
ödəyə bilsin. İsa insan olmalı idi ki, ölə bilsin. Xilas yalnız İsa Məsihə imanla
mümkündür! “Və başqa heç kimdə xilas yoxdur; çünki səma altında insanlara verilmiş
başqa bir ad yoxdur ki, onunla xilas ola bilək” (Həvarilərin İşləri 4:12).

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə,
xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.
