# Allahın atributları nələrdir? Allah necədir?

- Link: https://xilasinyolu.site/faqs/allahin-atributlari-nelerdir-allah-necedir/
- Published: 2022-05-25T12:34:09+04:00
- Author: thecasper

Bu suala cavab verməyə çalışdığımız kimi, Xoş Xəbər odur ki, Allah haqqında çox 
məlumat var! Bu izahı yoxlamaq istəyənlərə onu ilk növbədə əvvəldən axıra qədər 
oxumaq kömək edə bilər; sonra aydınlaşdırmaq üçün yenidən əvvələ qayıdıb, Kəlamdan
seçilmiş ayələri axtarmaq olar. Kəlamdakı məlumat çox vacibdir. Müqəddəs Kitabın
nüfuzu olmasa, bu, insan düşüncəsinin yaratdığı söz yığını ola bilər, hansı ki, 
hətta insan özü də Allahı dərk etməkdə yanıla bilər (Əyyub 42:7). Bunu söyləməklə
biz Allahı kiçiltmiş olduğumuzu başa düşməliyik! Bu isə Allahın iradəsinin əksinə
olaraq bizim başqa allahlara ibadət etməyimizə səbəb olacaq (Çıxış 20:3-5).

Biz yalnız Allahın Özünün açıqlamaq istədiyi şeyi öyrənə bilərik. Allahın atribut
və xüsusiyyətlərindən biri Onun “Nur” olmasıdır. Bu da Onun Özü haqqında məlumat
verməsində özünü açıqlaması mənasını verir (Yeşaya 60:19, Yaqub 1:17). Allahın verəcəyi
istirahətə nail olmaq vədi qüvvədə ikən, bizlərdən kimsə bundan məhrum sayılmayacaq(
İbranilərə 4:1). Yaradılış, Müqəddəs Kitab və bəşər olmuş Kəlam (İsa Məsih) Allahın
necə olduğunu öyrənməkdə bizə kömək edəcəkdir.

Allah Yaradandır, biz isə Onun yaratdıqlarının bir hissəsiyik (Yaradılış 1:1, Zəbur
24:1). Allah deyib ki, insan Onun surətində yaradılıb. İnsan bütün digər yaradılışlardan
üstündür və ona digər yaradılışlar üzərində hökmranlıq etmək səlahiyyəti verilib(
Yaradılış 1:26-28). Xilqət insanın “günaha batmasına” görə lənətlənib, lakin hələ
də Allahın işini özündə izhar edir (Yaradılış 3:17-18, Romalılara 1:19-20). Yaradılışın
böyüklüyünə, mürəkkəbliyinə, gözəlliyinə və nizamına baxanda bizdə Allahın əsrarəngizliyi
haqqında fikir oyanır.

Allahın bəzi adlarını oxumaq bizə Allahın necəliyi barədəki axtarışımızda kömək 
edə bilər. Bunlar aşağıdakılardır:

Elohim – güclü, ilahi (Yaradılış 1:1)
 Adonay – Rəbb, Ağa və qul arasındakı ünsiyyəti
göstərir (Çıxış 4:10,13) El Elyon – Ən Uca, güclü (Yaradılış 14:20) El Royi – görən
Allah (Yaradılış 16:13) El Şadday – Killi-İxtiyar Allah (Yaradılış 17:1) El Olam–
əbədi Allah (Yeşaya 40:28) Yahve – “Var Olan Mənəm,” əzəldən var olan mənasındadır(
Çıxış 3:13,14)

Biz Allahın atributlarını tədqiq etməkdə davam edə bilərik; Allah əbədidir, Allahın
başlanğıcı yoxdur və Onun mövcudluğu heç vaxt bitməyəcək. O ölməzdir, əzəli əbədidir(
Qanunun Təkrarı 33:27; Zəbur 90:2; 1Timoteyə 1:17). Allah dəyişməzdir, O tamamilə
etibarlı və sədaqətlidir (Məlaki 3:6; Saylar 23:19; Zəbur 102:26,27). Allah müqayisə
olunmazdır, Ona və Onun işlərinə bənzər heç kim və heç nə yoxdur, O, misilsiz və
kamildir (2Şamuel 7:22; Zəbur 86:8; Yeşaya 40:25; Matta 5:48). Allah dərkedilməzdir,
hüdudsuz və əsrarəngizdir, Onun ağlını heç kim dərk etməmişdir (Yeşaya 40:28; Zəbur
145:3; Romalılara 11:33,34).

Allah ədalətlidir, O insanlara qarşı tərəfgir deyil (Qanunun Təkrarı 32:4; Zəbur
18:30). Allah hər şeyə qadirdir, O güclüdür və istədiyi hər bir şeyi edə bilər. 
Lakin Onun əməlləri hər zaman Onun xüsusiyyətlərinə uyğundur (Vəhy 19:6; Yeremya
32:17,27). Allah hər yerdədir, Onun hüzuru hər yerdədir, lakin bu o demək deyil 
ki, hər şey Allahdır (Zəbur 139:7-13: Yeremya 23:23). Allah hər şeyi biləndir, O
keçmişi, indini və gələcəyi bilir, hətta hər an nə düşündüyümüzü belə bilir. O hər
şeyi bildiyi üçün Onun ədaləti daim səltənət sürəcək (Zəbur 139:1-5; Süleymanın 
Məsəlləri 5:21).

Allah yeganə Rəbbdir, Onun kimisi yoxdur. Yalnız O bizim ürəklərimizin ehtiyaclarını
və arzularını bilir. Yalnız O bizim tərəfimizdən səcdəyə və ixlasa layiqdir (Qanunun
Təkrarı 6:4). Allah salehdir, O günahın üzərindən elə-belə keçə bilmir və keçməyəcək,
bu bizim günahlarımızın bağışlanması üçün Onun salehliyindən və ədalətindən irəli
gəlir. Bizim günahlarımız İsanın üzərinə qoyulduğu zaman, O Allahın cəzasını yaşamışdı(
Çıxış 9:27; Matta 27:45-46; Romalılara 3:21-26).

Allah hökmdardır, O ən Alidir, bütün xilqət istər bilərəkdən, istərsə də bilməyərəkdən
Onun məqsədlərinin qarşısını ala bilməz (Zəbur 93:1; 95:3; Yaradılış 23:20). Allah
Ruhdur, yəni O gözəgörünməzdir (Yəhya 1:18, 4:24). Allah Üçlükdür, yəni O üç Allahdan
ibarətdir. Onlar gücdə və izzətdə bərabərdirlər. Fikir verin ki, Kəlamın ilk fəslində
onların “adı” tək halda çəkilir, baxmayaraq ki, onlar üç ayrı Şəxsiyyətlərdir – “
Ata, Oğul və Müqəddəs Ruh” (Matta 28:19; Mark 1:9-11). Allah həqiqətdir, O fikrini
dəyişdirmir və yalan söyləmir (Zəbur 117:2; 1Şamuel 15:29).

Allah müqəddəsdir, O hər cür murdarlıqdan uzaqdır və onun düşmənidir. Allah bütün
şər əməlləri görür və qəzəblənir. Od adətən Kəlamda müqəddəslik rəmzi kimi göstərilir.
Allah od-alov kimi təsvir olunur (Yeşaya 6:3; Habaqquq 1:13; Çıxış 3:2,4,5; İbranilərə
12:29). Allah mərhəmətlidir – bura Onun alicənablığı, xeyirxahlığı, mərhəməti və
məhəbbəti daxildir. Bütün bunlar Allahın mərhəmətinin kölgələridir. Bunlar Allahın
izzəti üçün olmasaydı, bizi Allahdan ayırardı. Şükür ki, bu belə deyil, O hamımızı
şəxsən tanımaq arzusundadır (Çıxış 34:6; Zəbur 31:19; 1Peter 1:3; Yəhya 3:16; Yəhya
17:3).

Bu Allaha aid olan suallara sadə cavablardır. Xahiş edirik ki, Onun haqqında axtarışlara
davam etməkdə ruhlanasınız (Yeremya 29:13).
