# Sığınacaq

- Link: https://xilasinyolu.site/dailybread/siginacaq/
- Published: 2021-09-06T23:56:03+04:00
- Author: thecasper

![](https://xilasinyolu.site/wp-content/uploads/2020/04/WhatsApp-Image-2020-04-08-
at-22.49.27-300x169.jpeg)

_**Zəbur 91:1-16: “Haqq-Taalanın pənahında yaşayan, Külli-İxtiyarın kölgəsində oturan
insan Rəbb haqqında belə söyləyir: «O mənim sığınacağımdır, qalamdır, Allahımdır,
Ona güvənirəm». Bil ki, O səni ovçunun tələsindən, Ağır xəstəliyə düşüb ölməkdən
qurtarar. Səni qanadlarının altına alar, Pərlərinin altında sığınacaqsan. Sədaqəti
qalxanın, sipərin olar.”**_
 Bu fəsil Rəbbin bizə vədidir. Xüsusi ilə hal-hazırdakı
vaxtda bu ayələrə ehtiyacımız var. Son zamanlarda baş verən virus bizi büdrətmək
üçün,doğrudan da,əlindən gələni edir. Amma biz bilirik ki, hər an olduğu kimi indi
də bizim qurtuluşumuz sadəcə və sadəcə Rəbbdir. Fikirləşirəm ki,bu xəstəliyin bizə
qatdığı çox təcrübə var. Doğrudan da,bizim üçün adiləşən həyat tərzimizin belə qədrini
bilməyə başladıq. Xüsusi ilə kilsədə toplaşmanın, birlikdə dua etmənin,ilahi oxumağın
dəyərini çox daha yaxşı başa düşdük. İndi bizə necə də xəyal kimi gəlir birlikdə
toplaşmaq… 91-ci fəsilə qayıtmaq istəyirəm. Fəsil Rəbbə güvənmək haqqında danışır
və o deyir: Əgər sən Rəbbə güvənsən,nə zülmətdə dolanan ağır xəstəlikdən,nə də gündüzdə
dolanan qırğından qorxmarsan. Yanında min nəfər, sağında 10 min nəfər olsa sənə 
zərər gəlməz. Rəbb nəinki xəstəlikdən,O deyir ki, ayağınıza daş dəyməyə belə qoymayacağam.
Çox insandan eşidirəm ki, Rəbb bu xəstəliklə insanları sınağa çəkir. Amma bunu xatırlatmaq
istəyirəm ki, Yaqub 1:13: “Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» 
deməsin. Çünki Allah pisliklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir.”
Bu sınaq Rəbbin göndərdiyi sınaq deyil. Amma bu durumu imanlılar olaraq özümüzə 
sınaq olaraq qəbul etməliyik. Bu bizim imanımızın güclənməsi üçün bir fürsətdir._**
Yaqub 1:2-3: “Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc
hesab edin. Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır.” Hal-
hazırdakı vəziyyəti sınaq olaraq qəbul etsək, sonradan bu bizim üçün sevincə çevriləcək.
Çünki biz bu hadisələr bitəndən sonra çox daha dözümlü olacağıq.**_ _**Yaqub 1:12:“
Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra Rəbbin Onu sevənlərə
vəd etdiyi həyat tacını alacaq.” Unutmayaq ki,Rəbb bizi pis sınağa çəkmir.**_

_**Elay Musayeva**_
