# Niyə üzr istəməliyəm?

- Link: https://xilasinyolu.site/dailybread/niy%c9%99-uzr-ist%c9%99m%c9%99liy%c9%99m/
- Published: 2021-09-06T23:36:57+04:00
- Author: thecasper

Mən niyə pislik etdiyim insandan üzr istəməliyəm?
 Sual-üzr istəməmə səbəbləri nə
ola bilər? Özümüz üçün düşünək.. Məncə əksər cavablar “qürür” olacaq. (Buna yalnış
anlaşmanı da əlavə edərdim.) Tamamilə razıyam. Çünki üzr istəmək bir çoxları üçün
qürurun alçalması,sınması deməkdi. Müqəddəs Kitabda belə bir ayəyə toxunmaq istəyirəm.**
_Yaqub 4:6: “Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir: «Allah məğrurlara
qarşıdır, İtaətkarlara isə lütf göstərər».”_** Məğrur sözünün 2 mənası var -1) qürurlu
təkəbburlu, -2) vüqarlı, mənlik hissi və.s Kəlamda isə məğrur sözü qürur kimi istifadə
edilir. Rəbb bizə deyir-məğrur olma,qürurlu olma… Bəzən də düşünə bilərik ki, incitdiyim
insanla ünsiyyəti kəssəm,uzaqlaşsam,görüşməsəm məsələ həll olub gedər,unudular. 
Amma Kəlam bizə belə deyir: **_Matta 5:23-24: “Buna görə də qurbangah qarşısına 
qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var,
qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra
gəl, qurbanını təqdim et.”_** Ayə bizə açıq deyir, əgər qardaşınla,yaxınınla bir
problemin varsa, əvvəlcə onu həll et,sonra Allah qarşısında qurbanını təqdim et.
Qurban dedikdə Allaha olan ibadətlərimiz dualarımız nəzərdə tutulur. Yuxarıda toxunduğum-
yalnış anlaşılma sözünə qayıtmaq istəyirəm. Mən qardaşıma qarşı səhf edirəm, amma
gedib Allahdan üzr istəyirəm. Bəs inciyən mənim qardaşım deyil mi? Ona görə Allahdan
üzr istədikdən sonra incitdiyimiz şəxsdən də üzr istəməyimiz vacibdir. Müqəddəs 
Kəlam bunu deyir.. **_Luka 6:31: “İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə,
siz də onlarla elə rəftar edin.”_** Daha açıq bir ayə. Rəbb bizə “Əkin-Biçin” məsəlini
xatırladır. **_Kim nə əkərsə onu da biçəcək._** Əgər ətrafındakı insanları sevmək
istəyirsənsə, Allahın səni necə sevdiyini xatırla.Sən günahlı halınla necə dua edim
düşünərkən, Tanrı “səni bu halınlada sevirəm” deyir. Üzr istəmək heç də “alçaqlıq”
deyil… Və son olaraq _**Romalılara məktub 12:18: “İmkan daxilində bacardıqca bütün
adamlarla sülh içində yaşayın.”**_ Xeyir dualı olun ❤

**_Ceyran Səlim_**
