# Nəyə görə qayğı çəkirik?

- Link: https://xilasinyolu.site/dailybread/n%c9%99y%c9%99-gor%c9%99-qaygi-c%c9%99kirik/
- Published: 2021-09-06T23:55:50+04:00
- Author: thecasper

Müqəddəs Kitabda “qayğı” sözü 2 mənada göstərilir:
 1. Qayğı-qeydinə qalmaq,diqqət
göstərmək 2. Qayğı- dərd çəkmək,fikir çəkmək Say etibarı ilə məhz 2-ci məna çoxluq
təşkil edir və bu mövzudan danışmaq istəyirəm. Hər bir insanın gündəlik həyatında,
yaşayışında problemləri olur və insanlar onlarla bağlı fikir edirlər,narahat olurlar._**
Matta 6:25-27: “Buna görə sizə deyirəm:“Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə
canınız üçün,“Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən,
bədən isə geyinməkdən daha vacib deyilmi? Göydə uçan quşlara baxın:onlar nə əkir
nə biçir,nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan
daha qiymətli deyilsinizmi? Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə,uzada
bilər?”.  **Burada insanları başqa varlıqlarla müqayisə edərək əslində bizim nə 
qədər dəyərli olmağımız vurğulanır. Rəbb bizi sevir,bizim narahatlığımızı bilir 
və bizi hər şey ilə təmin edir. Yazıldığı kimi,hər hansı narahatlığımız nə bizim
həyatımızı uzada bilir,nə də qayğıları həll etməyə kömək edir. **1 Peter 5:7: “Bütün
qayğı yükünüzü Ona ötürün,çünki O sizin qayğınıza qalır”**. Məncə bu ayədə qorxularımızı,
qayğılarımızı “Rəbbə ötürün” dedikdə Ona güvənmək nəzərdə tutulurdu. Allah ən dərin
inamımıza layiqdir. Ona həqiqətən güvənəndə O bizi rahatlıqla və ümidlə doldurur.
Bəlkə bu bir qədər çətindir,amma Rəbbə etibar etdikdə,Onun Padşahlığını axtarıb 
iman etdikdə bütün qorxularımız,qayğılarımız yerini güvənə verir. **Zəbur 55:22:“
Sən qayğı yükünü Rəbbə ver,Qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz.”**
Bəli,Rəbbə güvəndikdə bizə dayaq olur,bizə sarsıntı vermir. Fikirləşirəm ki,gündəlik
həyatda özümüzü kəlamla doldurmalıyıq,belə olduqda hər hansı qorxu,narahatlıqla 
üz-üzə gəldikdə hazır olarıq və Müqəddəs Kitabı bir növ qalxan və ya silah kimi 
istifadə edərik. Allahın sevgisində bütün qayğılarımız yox olacaqdır. **1 Yəhya 
4:18**-də yazıldığı kimi **“Məhəbbətdə qorxu yoxdur,əksinə kamil məhəbbət qorxunu
qovar.”** Amin.

**_Səfurə Ümid_**
