# Müvəqqəti və ya əbədi?

- Link: https://xilasinyolu.site/dailybread/muv%c9%99qq%c9%99ti-v%c9%99-ya-%c9%99b%c9%99di/
- Published: 2021-09-06T23:57:40+04:00
- Author: thecasper

**Luka 12:15:** _“Sonra İsa onlara dedi: «Diqqətli olun, hər cür tamahkarlıqdan 
özünüzü qoruyun. Çünki insanın həyatı var-yoxunun bolluğundan asılı deyil».”_
 İrlandiyalı
şair Oskar Vayld demişdir: “Gənc olanda düşünürdüm ki, pul həyatda əsas şeydir. 
İndi qocalmışam və bunun belə olduğunu bilirəm. ”  Əlbətdə, o bunu istehza ilə demişdi.
Və o,  qırx altı il yaşadı, buna görə də heç vaxt qoca olmamışdır.  Vayld pulun 
həyatda əsas şey olmadığını başa düşürdü.

![](https://xilasinyolu.site/wp-content/uploads/2019/08/Dollarphotoclub_75492024-
1024x683-960x540-300x169.jpg)

Pul daimi deyil . Gəlib gedəndi.  Buna görə puldan daha çox önəmli bir şey var və
onu  nəcə ala biləcəyimizi axtarmaq lazımdır.  İsa zəngin və kasıb çağdaşlarını 
dəyər sistemini yenidən düşünməyə çağırdı.  O demişdi:_ “Baxın, tamahkarlıqdan çəkinin,
çünki insanın həyatı malının bolluğundan asılı deyil”_ (**Luka 12:15**).  İnsanlara
daha çox, daha yaxşı və yeni bir şeyə meyl göstərdiyi mədəniyyətimizdə həqiqi məmnunluq
və pula və əmlaka düzgün baxmaq barədə danışmaq lazımdır.
 İsa ilə görüşdükdən sonra
varlı bir gənc lider onunla bölüşmək istəmədiyi çox şeyə sahib olduğuna görə kədərlə
ayrıldı (bax: **Luka 18: 18-25**).  Vergilər idarəsinin rəisi Zakkay bütün ömrü 
boyu topladıqlarının çoxunu asanlıqla payladı **(Luka 19: 8).**  Fərq, bu insanların
Məsihin sözlərini necə qəbul etmələridir.  Onun lütfü ilə var olan hər şeyimizə 
sahib ola bilərik ki,  o şeylər bizə sahib çıxmasın. Sən nəsiz yaşaya bilməzsən?
Niyə?  Bu həmişəlik və ya qısa müddətli bir şeydir? Səmavi Ata, mənə hikmət göndər
ki, həyatda hər şeyə düzgün baxa bilim və əbədiyyətə layiq bir dəyər sisteminə sahib
olum.

### _**Müəllif: **_**Bill Krauder**⏎  _**Tərcümə:**_** Nicat Alovlu**
