# Möminlik və ehtiramla Allaha məqbul tərzdə ibadət edək

- Link: https://xilasinyolu.site/dailybread/mominlik-v%c9%99-ehtiramla-allaha-m%c9%99qbul-t%c9%99rzd%c9%99-ibad%c9%99t-ed%c9%99k/
- Published: 2021-09-06T23:46:11+04:00
- Author: thecasper

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allah Öz sözünü bizə ondan
ötrü verdi ki,biz hər gün Onun sözünə müraciət edək, Onun sözünü araşdıraq və həyatımızda
icra edək. Nəyə görə Rəbb Allah Öz sözünü bizə verdi? Çünki Rəbbin arzusu və niyyəti
səni səhvlərdən qorumaqdır,günahlardan tamamilə ayırmaqdır,sənin xoş günlər görüb
həyatdan kam almağındır. Onun xoş niyyəti səni əbədiyyətə qədər aparır. Ona görə
də hər gün Rəbb Allahın sözünə baxırıq və müraciət edirik. Çünki bu,bizim üçün vacibdir.

Romalılara məktub 8:1-2:” Deməli,indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur.
Çünki həyat verən Ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə
azad etdi.” Bu,Rəbb Allahın niyyətidir. Rəbb Allah bununla sənə Öz istəyini açır.
2000 il bundan əvvəl Məsih Yer üzündə olub Özünü insanların günahlarının bağışlanması
üçün kəffarə qurbanı kimi təqdim etdi. Ona iman edən hər bir insana yaşadığı ölkədən,
zamandan, məkandan asılı olmayaraq Rəbb Allahın sözü deyir: “Məsih İsada olanlara
heç bir məhkumluq yoxdur.” Rəbb bizi günahdan və ölümdən azad edir. İsa Məsihə iman
edənləri Rəbb axirət cəzasından azad etdi. Rəbb Allahın azad etməsi təkcə axirətlə
bağlı deyil,bizim yaşadığımız hər bir gündə aşkar edilir. O, bizi mühakimə,ittiham
etmir,cəzalandırmaq istəmir,əksinə Öz sevgisini ötürmək istəyir. İsa Məsihə iman
edən hər kəsi Rəbb deyir:”Sevirəm!”. İsanın şagirdlərindən biri olan Tomas Ona yaxınlaşıb
deyir: “Rəbb Allahım sənsən.” İsa ona cavab verir:”Sən Məni gördün,toxundun və iman
etdin. Nə bəxtiyardırlar o kəslər ki,görmədən Mənə iman edirlər.” Bu söz bizə aiddir.
Biz Məsihi şəxsən görmədən Ona iman etdik,Onu “Allahım” deyib çağırdıq,Rəbbin sözü
bizə cavab verir: “Bəxtiyarsan.” Rəbb Allah sənə baxıb və deyir:”Səni sevirəm,bəxtiyarsan.”
Rəbbin bizə olan münasibəti,xeyirxahlığı və sevgisi bizim təminatımız üçündür. Onun
ruhu və gerçəkliyi səni azad etdi. Həmin o Ruh hansı ki,dünyanın yaradılışında sular
üzərində uçurdu,adları Müqəddəs Kitaba düşmüş Peyğəmbərləri idarə edirdi. Eyni Ruh
vasitəsi ilə İbrahim sevimli oğlunu qurbangah qarşısına qoyaraq Allaha təqdim etmək
istədi,Musa Peyğəmbər Misirə girərək İsrail xalqını azad etdi,Nun oğlu Yeşua İsrail
xalqı üçün qələbələr gətirdi,Davud Peyğəmbər dövlət quraraq “Allahın ürəyinə görə
insan” adlandırıldı, Süleyman Peyğəmbər dünyada ən müdrik insan oldu,Daniel Peyğəmbər
özünü gəncliyindən ölənə qədər özünü Rəbb Allaha həsr etdi. Bu Ruh bizi də azad 
etdi. Yaradılışdan bəri Rəbb Allaha yaxınlaşan və güvənən insanları təmin edən Rəbbin
Ruhu sənə azadlıq verdi. Bu azadlıq ilə sən Rəbdən hikmət,güc,bilik,bol məhəbbət
və tükənməyən xeyir-dua alırsan. Sevin buna. Romalılara məktub 8:14:”Allahın Ruhu
ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır.” O Ruhla əgər sən idarə edilirsənsə,
Rəbb Allahın övladısan. Çünki Rəbbin övladları Onun ürəyinə görə hərəkət edir,Onun
iradəsini yerinə yetirir. Rəbb Allah hər gün sənin həyatına bununla yaxınlaşır:”
Nə qədər Mənim iradəmi üstün tutursan? Nə qədər mühümdür iradəm sənin üçün? Yoxsa
yalnız xoş sözlər eşitmək istəyirsən?” Ancaq xoş sözlər eşitmək və ləzzət almaq 
istəyirsən yoxsa o sözün gücü ilə ailəni Rəbbin qarşısına gətirmək, ölkənin rifahını
görmək, günahlardan azad olmaq,xoş və müsbət dəyişikliklərə nail olmaq? Rəbbin sözü
səni təmin edir ki,Onun nümunəsini götürərək Allahın ürəyinə görə insan olasan. 
Bütün qərarların, arzuların – hər şey Rəbb Allahın iradəsi ilə üst-üstə düşsün. 
Bu yol Rəbbin yoludur, azadlıq yoludur. Onun iradəsini hər şeydən üstün tut. Münaqişələrdə,
konfliktlərdə,çətin vəziyyətlərdə Rəbbin sözünə görə insan ol. Bütün bu nümunələri
Müqəddəs Kitabdan və İsanın həyatından götürmək olar. Rəbbin sözü deyir:”Mən səni
Öz Oğlumda seçdim və sənə günahdan və ölümdən azadlıq verdim. Artıq günah hökmü 
sənin üzərində ağalıq edə bilmir,sən Rəbbin övladısan. Artıq ölüm qorxusu səni məhdudlaşdıra
bilmir. Rəbb Allahın övladı kimi yaşa və elə qərar ver.” Romalılara məktub 8:15-
17:”Axı siz köləlik ruhunu almadınız ki,yenə də qorxu içində yaşayasınız;övladlıq
Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba,Ata» deyə nida edirik. Elə Ruh
Özü bizim ruhumuzla birgə şəhadət edir ki,biz Allahın övladlarıyıq. Əgər Onun övladlarıyıqsa,
deməli,həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi 
əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.” Rəbbin
sözü deyir ki,Ruh bizə şəhadət edir ki,biz Rəbb Allahın övladlarıyıq. Həmin o Ruh
ilə öz dualarında,ibadətində Rəbb Allahın qarşısına gəldikdə “Ey Göylərdə Olan Atam”
demək ixtiyarına malik oldun,O,sənə daha yaxın oldu və sənin sözlərin Onun dərgahında
eşidilir ki,Ona tez cavab versin. Rəbbin övladısan,Onun övladı kimi yaşa və düşün.
Rəbb Allahın övladı kimi münasibətləri qur ki,səndən insanlara həyat gəlsin. Çünki
Atanın dediyindən ancaq HƏYAT gəlir. Sənin “Ata” dediyin Rəbb bağışlayan və mərhəmət
edəndir,sən də bağışla və mərhəmət et. Sənin “Ata” dediyin Göylərdə olan Allah insanlara
sülh və barışıq gətirir,zəif insanları gücləndirir. Sən də başqalarını tapdalama,
mühakimə etmə,onlara kömək ol,xeyir-dua verən ol. Çünki sənin Atan bunu edəndir.
Rəbb Allahın sözü deyir ki,özünü Məsihin işinə şərik et. Şərik et,çünki sən varissən.
Rəbb hər birimizə böyük xeyir-dua verib,kiçiltmə bunu öz həyatında. Onu dəyərsiz
etmə,hər gün bu xeyir-duada yaşa. Qoy bugünün belə başlasın:Mən Rəbb Allahın övladıyam,
Rəbb Allahın sevinc,sülh və barışıq gətirəndilər. Bu,mənim həyatımdır. Bugün belə
dua et:”Sənin övladınam Ya Rəbb,övlad kimi yaşamağa mənə kömək et. Kömək et ki,Sənə
məqbul olmayan fikirləri özümdən kənara atım. Sənin bənzərində, Sənin ürəyinə görə
insan kimi mənim hər bir sözüm insanlara güc və sevgi gətirsin. İnsanlar mənim vasitəm
ilə Sənin sevgini alsın,barışsınlar,hər cür qorxudan azad olsunlar,necə ki,sən mənə
qarşı belə edirsən.” Qoy Rəbb hər birinizə xeyir-dua versin. Hər gününü Rəbb Allahın
övladı kimi şərəflə yaşa.

**Müəllif:_ İdris Azəri_**
