# Kim Rəbb Allah haqqında danışa bilər?

- Link: https://xilasinyolu.site/dailybread/kim-r%c9%99bb-allah-haqqinda-danisa-bil%c9%99r/
- Published: 2021-09-06T23:40:37+04:00
- Author: thecasper

Allahın sözü ilə başladığımız gündə Allahın xoş niyyəti bizim ürəyimizi,düşüncələrimizi
doldursun. Bunu Allahın sözü bizim üçün edir. Baxın, Allahın sözü nə deyir: 1 Tim
2:5:”Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O,İnsan olan
Məsih İsadır.” Müqəddəs yazı bizə deyir ki,Allah birdir və Allahla insan arasında
vasitəçi birdir,həmin o vasitəçi olan İsa Məsihdir. O İsa Məsih ki,onun haqqında
Müjdədə bəhs olunur. O, xeyirxahlıq və yaxşılıq edən,insanlara şəfa verən, qəlbisınıqların
qəlbini bərpa edən,ağılmış,çökmüş insanlara həyat sevgisini qaytaran İsa Məsihdir.

Kim Allahdan danışa bilər? Yalnız əzəldən bəri Onun yanında olan Məsih İsa. İsa 
bizim həyatımıza gələrək Allahın gerçəkliyini,Allahın xoş niyyətini,iradəsini açır.
Allahın istəyi isə bizim haqqımızda yalnız xoş düşüncəyə malikdir,Allah bizə ancaq
öz sevgisini vermək istəyir. Allah öz sevgisi vasitəsi ilə bizi güclü,möhkəm,cəsarətli
insan etmək istəyir. Qorxu ilə deyil,hədə ilə deyil… Yalnız Sevgi ilə. Çünki məhəbbətdə
qorxu yoxdur və Allah məhəbbətdir. Allah səmimiyyətlə həyatımıza gəlib bizi dəyişdirir,
gəlin icazə verək ki,Allah həyatımızda fəal olsun,gündəlik Onun sözünü qəbul edək.
Baxın Allah bizim haqqımızda nə deyir: 1 Pet 2:9:”Amma siz seçilmiş nəsil,Padşahın
kahin dəstəsi,müqəddəs millət,Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz 
heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz.”
Allah bizə-İsa Məsihə iman edənlərə baxdıqda deyir: Seçilmişsən! Mən səni seçmişəm.
Mən səni seçdim ki,sən mənim seçilmiş nəslimin ayrılmaz hissəsi olasan. Sən İsa 
Məsihə iman gətirməklə Allahın nəslinə aid edildin. O nəsilə – İbrahim,Davud,Musa,
Daniel,İsanın həvariləri kimi tarixdə iz qoymuş şəxslər də aiddir. Onları fərqləndirən
bilirsiniz nə idi? Onların həyatında fəal olan Allah. Onlar bütün qorxularını zəifliklərinə
baxmayaraq icazə verdilər ki,Allah onları həyatında fəal olsun. Onlar Allah onları
ifşa edəndə ifşanı,tənqid edəndə tənqidi qəbul edirdilər,onlar itaət edirdilər. 
Onlar Allahla razılaşırdılar. Onlar Allah “get” deyəndə gedirdilər,”dayan” deyəndə
dayanırdılar. Bugün Allah sənə deyir : “Sən mənim nəslimə aid edildin. Mən səni 
seçdim,öz ailəmə daxil etdim. Mənim ailəmdə,nəslimdə qal”. Yaradan Allah da bugün
sənin həyatında işləyərək,səni öz nəslindəkilər kimi şanlı etmək istəyir. Adı tarixə
düşən iman qəhrəmanı etmək istəyir. Bunun üçün Allahın dediyi sözləri qəbul et. 
Həmin nəsilə aid edildiyinə görə kök üzərindəsən. Allah sənin təminatçındır. Allah
sənə ”mənimki” deyib çağırandır. Bu,Allahın sənə olan xoş niyyətidir və deyir ki,
sən Padşahın kahin dəstəsi oldun. Hər şeyə həyat verənə aid edildin,hər şeyə təkan
verən Padşahın dəstəsinə aidsən. Orada sən seyr edən deyilsən,tamaşaçı deyilsən,
sən orada fəal işçisən. Allah səni öz nəslinə aid etdiyinə görə sən o nəsildə Allahın
kahinisən. Allahın yaxşılığını bəyan edən,Allah yolunun nümunəsi olan insansan və
sən öz ailəndə Allahın kahinisən. Ona görə də ailən üçün dua et,ailən üçün Allaha
yalvarışlar et,Allahın sözünü ailən üçün bəyan et. Sən öz ailəndə Allahın kahinisən,
öz xidmətini icra et. Sən öz qohumların arasında Allah tərəfindən təyin edilmiş 
kahinsən. Allah sənə xeyir dua vermək üçün,şəfa vermək üçün,sülh yaratmaq üçün bütün
ixtiyarı verdi. Çünki sən Padşahın kahin tayfasına aid edildin. Sən öz xalqın arasında,
öz ölkən üçün Allahın kahinisən. Buna görə də öz xalqın üçün,millətin üçün yalvarışlar
et,xalqın rifahı,Allahı tanıması,Allaha aid edilməsi,durmadan bərəkət alması,şəfa
alması üçün dua et,Allahın sözünü bəyan et. Allah deyir:”Sən mənim müqəddəsimsən,
sən mənim müqəddəs millətimə aid edildin. Mən sənin günahlarını bağışladım və sən
bağışlandığına görə müqəddəssən. Bu tərzdə ol,bu tərzdə yaşa. Sən müqəddəssən.” 
Sən özünə məxsus deyilsən,sən “mənimkisən” deyən Allahın adını daşıyırsan. Bu ad
səni tamamilə örtür,bürüyür,müdafiə edir ki,sən Onun adını bəyan edib,Ona uyğun 
həyat tərzi yaşayaraq Onun adını izzətləndirən olasan. Sən indi Ona məxsussan. Tamamilə
Ona tabe ol,etibar et – bilirsən necə etibar edə bilərsən? Bu sözləri qəbul et,Allahın
sənin haqqında dediyi sözləri qəbul et. Məyus olduqda,dualarına cavab gəlmədikdə,
işlərin yolunda getməyəndə qəbul et Allahın sözünü,sənin haqqında olan sözünü – “
Mənim seçilmişim,mənim kahinim”. Yerin və Göyün sahibi,olmayanı olduran,hər şeyə
təkan verən Allah deyir: “mənə məxsussan”. Budur sənin həyat baxışın. Bu,sənin güclü
bünövrəndir. Odur sənin təminatçın. Odur şəfa verən,odur səni möhkəmləndirən,cəsarət
verən. Allah sözü deyir:”Bir zamanlar siz qaranlıq idiniz,indi isə Allahın nurusunuz.”
Allah səni öz nuruna çağırdı,bunu etdi ki,sən Onun gözəl işlərini elan edəsən. Bu
işləri öz ailəndə elan et,Allahın xoş niyyətini,istəklərini öz qohumlarına,ailə 
üzvlərinə,soydaşlarına bildir. Allah sevir,O sevəndir. Cəzalandıran deyil,Onun arzusu
və niyyəti şəfa verməkdir,bərpa etməkdir,sülh gətirməkdir,barışdırmaqdır,insanları
günah buxovundan azad edib əbədi həyat verməkdir. Bunu də və buna malik olan insan
kimi yaşa. Bəzi insanlar xoş sözlərdə “kasıb” olurlar. “Sevirəm,əzizim,sevimlim”
kimi sözləri demirlər. Ruhlandıran,həvəsləndirən sözlər əvəzinə nifaq yaradan,ittiham
edən sözlər işlədirlər. Sən belə olma… 1 Pet 2:9: “Sevimlilər,sizə yalvarıram,cana
qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib
və gəlməsiniz.” Sənsən Allahın dünyadakı nümayəndəsi,buna görə də uzaqlaş cismani
istəklərdən. Allah istəyir ki,biz Onun iradəsinə görə yaşayaq,Ona doğru gedək. Əgər
sən bugün qərar verirsən ki,Allaha doğru addımlayıb Ona doğru gedirsənsə,sən ittihama,
günaha,böhtana qarşı olacaqsan. Artıq bütün bunlardan qaçmağa ehtiyac olmayacaq.
Qoy Rəbb xeyir dua versin ki,bütün düşüncən bununla bağlansın. 1 Pet 2:15:”Çünki
Allahın iradəsi yaxşılıq edərək axmaqların cahilliyini susdurmanızdır.” Bu, bugün
üçün demək istədiyim sözlərdir. Allahın kahini,müqəddəsi kimi ol. Allahın iradəsi
isə səndən ancaq yaxşılığın,sülhün,cəsarətin gəlməsidir. Allaha tərəf gəlmək istəyi
qoy sənin sözlərin vasitəsi ilə bilinsin. Qoy sənin hərəkətlərin,baxışların,münasibətin
insanların xoş niyyətinə səbəb olsun,insanların taleyini dəyişdirin. Xoş söz deməyə“
kasıb” olma. Allah səni zənginləşdirdiyi üçün sən də öz leksikonunu zənginləşdir.
Allahın iradəsinə uyğun olaraq yaxşı işlər gör.

**Müəllif: _İdris Azəri_**
