# İsa deyir: “Mən həqiqi Meynəyəm, Atam da Bağbandır.” Yəhya 15:1

- Link: https://xilasinyolu.site/dailybread/isa-deyir-m%c9%99n-h%c9%99qiqi-meyn%c9%99y%c9%99m-atam-da-bagbandir-y%c9%99hya-151/
- Published: 2021-09-06T23:39:56+04:00
- Author: thecasper

**Yəhyanın müjdəsi 15:1** **Mən həqiqi Meynəyəm, Atam da Bağbandır.  **

İlk əvvəl bunu qeyd edim ki, İsa Məsihin bu ifadəsi alleqoriyadır, yani bənzətmədir.
İsa Məsih dəfələrlə bu cür bənzətmələrdən istifadə edirdi və bunun məqsədi insanların
başa düşdükləri tərzdə, əyani nümunələrdən istifadə edərək Allahın iradəsini izah
etməkdir. Məsələn Yəhya 10:9- Mən qapiyam, 10:11-  mən yaxşı Çobanam.

İsa Məsih – Meynədir, Ona iman edən bizlər – meynədə bitən budağlarıq, Ata Allahın
isə burada 2 rolu var:

 1. Bağban- yani bağı üzərində zəhmət çəkən, qayğı göstərən və
 2. Meynənin və Meynənin üzərində olan bütün budağların və bəhrənin Sahibidir.

Bağban Yunanca -ὁ γεωργός – bu sadəcə işçi demək deyil, sahib deməkdir. Sahib, 
üzüm Meynəsi olan Məsihi yer üzərinə göndərməklə, məcazi mənada Onu əkibdir.

Xatırladım ki, bundan öncə İsa Məsih şagirdləri ilə ilk “Rəbbin süfrəsini” keçitdi
və orada üzüm məhsulundan istifsdə edərək onu şagirdlərinə “bu Mənim qanımdır” deyərək
təqdim etmişdir, şagirdlərindən bunu içməklərini istədi və bunun ilə bağışlanmaya
nail olmaq üçün Onun kəfarə qurbanı olduğunu qəbul etmələrinə ehtiyac olduğunu göstərdi.
Ata Allah İsa Məsihi yer üzərində yaşayan bütün insanların günahlarının bağışlanması
üçün təqdim etdi. İsa Məsihin günahların bağışlanması üçün təqdim etdiyi bu qurban
avtomatik rejimdə işləmir və insanlar bu rejimlə sərbəst, özlərindən asılı olmayan
bir şəkildə nail ola bilmirlər. Bu qurbana nail olmaq üçün iman edərək iştrakçısı
olmaq lazımdır.

İsa Məsih şagirdlərnə öncədən təqdim etdiyi üzüm şirəsinin götürüldüyü mənbəyə Özünü
bənzədərək “Mən meynəyəm, siz isə budağlarsınız” yani Mən məybəyəm və siz bu Mənbəydən
qidalanmalısınız deyərək öyrədir.

Mən həqiq – yunanca (ἀληθινός) – gerçək olan, Onun Yaradan ilə həqiqi və  təbii
təması olduğu dməkdir. Bu təbii təmas – saxta, uydurulmuş, qerçəkliyə zidd olan,
Yadana zidd olara öz başın ayaradılmış yalanın fonunda həqiqəti və gerçəkliyi təmamilə
özündə əks etdirir.

**Yəhya 15:2 ****Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən 
hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin.**

Ata Allah sahib olduğuna görə, Mehnənin üzərində bitən budaqlardan, sadəcə Meynədə
olaraq qidalanmaqlarını deyil,  bəhrə istəyir. Bu fəsildə bəhdə sözü 8 dəfə istifadə
edilir  (15: 2; 4; 5; 8; 16). Bu təkrar olun bəhrə gətirməyə vurğu vuraraq Məsih
şagirdlərində gözləniləni bəlli edir.

:2-ci ayədə- bəhrə vermək və daha çox bəhrə

:5 və 8-ci ayələrdə – çoxlu bəhrə

:16-cı ayədə – bəhrəniz çox qalsın.

Ardıcıl gələn ayələrə görə bəhrədə get gedə daha çoxalmaya malikdir.

Üzüm bağı, meynə mövzusu yeni bir mövzu deyil, Rəbb Allah Əhti-Ətiqdə də üzüm bağı
haqqında bənzətmədən istifadə edib (**Yeşaya 5:1-7, 27:2-6; Yeremiya 2:21, 12:10;
Yezekil 17:5-6; Huşə 10:1; Yoel 1:7; Zəbur 80:8-16**) **Yeşaya 5:1-7** nəzər saldıqda

Rəbb Allah – üzüm bağının sahibi,

İsrail  – üzüm bağı,

Yahuda xalqı – sevimli meynələr,

Bəhrə isə – Onun sözü icra etmək idi (ədaləti, salehliyi)

Atanın gözlədiyi – Məsihdə qalmağımızdır və bəhrə verməyimizdir. Məsihdə qalmağımız
Onun əmrləri ilə yaşamaqdır və Onun əsas əmri:”Məsih bizi sevdiyi kimi bizdə bir-
birimizi sevməyimizdir” və bəhrəmiz isə  İncildən aldığımız nümunəvi həyat tərzində
yaşamaqdır.

Hansı bəhrədən söhbət gedir? İncildə bəhrə sözü 38 və 13 dəfə səmərə istifadə edilibdir.
Hansı bəhrədən bəhs edildiyini biz İsa Məsihin həvarilərinin məktublarında görə 
bilrik,

**Qalatiyalılara məktubda 5:22**

**Müqəddəs Ruhun səmərələri **başlığı ilə başlayan sadalanmaya diqqət verək:

**Məhəbbət – **Məhəbbət nümunəsini Rəbb İsadan öyrənə bilərik, bu məhəbbətə “İlahi
məhəbbət-Aqape” deyilir. Əvəzsiz məhəbbət, fədakar məhəbbət, qurban verən məhəbbət,
başqasının yaxşılığını düşən və yaxşılığına görə çalışan məhəbbətdir.

**Sevinc- **sevmək feildən yaranan sözdür, fərəh, şadlıq**, **sevinmək, bayram etmək,
əminlik.

**Sülh – **barışıq, əmin-amanlıq, dinclik, sakitlik,münaqişəni söndürmək.

**Səbir – **dözümlü olmaq, hövsələli olmaq, hirsini basmaq, özünü idarə etməyi bacarmaq**.**

**Xeyirxahlıq – **başqasına qarşı xoş münasibət, yaxşılığa calışmaq, qayğı,diqqət,
kömək.

**Yaxşılıq – **pislik etməyin əksidir, dalaşmamaq, qalmaqal yaratmamaq, xoş niyyətli
olmaq, xeyirə çalışmaq,**  **

**                  (Yaxşılığa yaxşılıq hər kişinin işidir, Yamanlığa yaxşılıq ər
kişinin işidir)**

**Sədaqət –**məhəbbətdə dəyanətli (möhkəm, sözünə sadiq qalmaq) olmaq, səbatlı olmaq(
axıra qədər sözndə qalmaq), mətanətli olmaq, vəfalı olmaq, etibarlı olmaq, sadiqliq.

**Həlimlik – **davakar olmamaq və davaya, münaqişəyə səbəbkar olmamaq, dinc olmaq,
dəcəl olmamaq, xoş niyyətli olmaq, sadəlik, itaətkar olmaq,

**Nəfsə hakim olmaq – **özünü idarə etməyi bacarmaq, emosiyalarına və  hər yaranan
istəyə nəzarət etmək. Bu keyfiyytə malik olan insan ayırd edə bilir, nə Rəbb Allahın
iradəsinə uyğundur və nə Onun iradəsinə ziddir. Yaxşı ilə yamanı seçmək qabiliyyəti,
nə xeyirdir və nə ziyandır deyə anlaya bilir. Ayıq olmaqdır.

Bu ayənin davamında :”**Bu kimi şeylərə qarşı qanun yoxdur**”.

Yani bu tərzdə yaşayan, bu keyfiyyətlərə malik olan insan üçün qanun təsirini itirir,
çünki bu bəhrəni verən insana günahın cəzalandırılması  hökmünun  təsirini qüvvədən
düşür.

Rəbb Allahın sözünə uyğun olaraq bəhrə verən insan müqəddəslik yolu ilə gedir, bu
yolun son dayanacağı əbədi həyatdır.

**Rom.6:22**-Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz
bəhrə sizi müqəddəsliyə aparır və bunun axırı da əbədi həyatdır.

Bu bəhrələr bizi müqəddəsliyə aparandır, buna əsasən, **Müqəddəslik – günah etməməklə
bağlı deyil, bəhrə verməkdir**

Bəhra vermək – İsa Məsihə iman edənin həyat tərzidir və bu tərzdə əsas fokus Rəbbin
iradəsinə əsasən həyat yaşamaqdır və iman əqidəsini bölüşənləri bu həyat tərzində
yaşamağa çağırmaqdır:

**Efes.5:8-11** –  8Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. 
Ona görə də nur övladları kimi həyat sürün.  9Çünki nurun bəhrəsi hər cür yaxşılıqda,
salehlikdə və həqiqətdə görülür.  10Rəbbi razı salan şeyləri ayırd edin, 11qaranlığın
səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin.

Burada Ata – Meynənin üzərində bitən budağdalara Özü nəzarət edir və budağdalar 
2 hissə bölünür:

 1. Bəhrə verməyən – hansılar ki, qoparılır
 2. Bəhrə verən – hansılar ki, bunadır və təmizlənir ki, daha çox bəhrə versin.

Yuxarıda qeyd edilənləri cəmliyərək, Rəbb Allah Ona iman edənləri Onun verdiyi təlim
ilə yaşamaq tərzinə çağırır və bu gözləniləndir. Bəhrə verməyənlər – İsa Məsihə 
iman edərək, öncədən yaşadıqları həyat tərzini davam edirlər və Onun əmrlərinə və
iradəsinə tabe olmurlar.  Bu tərz haqqında Mattanın müjdəsi 13-cü fəsildə İsa Məsih
öyrədərək, bənzətmədən yənə istifadə edərək Onun sözlərinin yol kənarında, daşlıqda,
tıkanlığa düşərək bəhrəsiz olduqları haqqında öyrədirdi.

**2Kor.9:10** – Əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verən Allah sizin də
əkin ehtiyatınızı çoxaldacaq və salehliyinizin bəhrəsini artıracaq.

**Məlaki 3:18** O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasında
fərqi yenə görəcəksiniz.

**Yəhya 15:3** **Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz.  **

İsa Məsihin şagirdləri (Yahuda İskariotdan başqa) İsanın sözü vasitəsi ilə təmişləndilər.

^(4)Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi
kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz.  ^(5)Meynə Mənəm, sizsə budaqlarsınız.
Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə 
bilməzsiniz.  ^(6)Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar
yığılıb oda atılaraq yanar.  ^(7)Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə
istəyirsinizsə, diləyin, sizə veriləcək.  ^(8)Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim
olmağınızla Atam izzətlənir.  ^(9)Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim
məhəbbətimdə qalın.  ^(10)Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız,
necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.  ^(11)Bu sözləri
sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun.  ^(12)Mənim əmrim
belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.  ^(13)Heç kəsin məhəbbəti
dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz.  ^(14)
Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız.  ^(15)Artıq
sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, 
çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.  ^(16)Siz Məni seçmədiniz,
Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə
Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək.  ^(17)Beləliklə, sizə əmr
edirəm: bir-birinizi sevin.

Dünyanın nifrəti

^(18)Əgər dünya sizə nifrət edərsə, onda yada salın ki, sizdən əvvəl Mənə nifrət
edib.  ^(19)Əgər dünyadan olsaydınız, dünya özündən olan sizləri sevərdi. Amma siz
dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim, buna görə dünya sizə nifrət edir.
^(20)Mənim sizə söylədiyim sözü yadınıza salın: “Qul ağasından üstün deyil”. Əgər
Məni təqib etdilərsə, sizi də təqib edəcəklər, Mənim sözümə riayət etdilərsə, sizin
də sözünüzə riayət edəcəklər.  ^(21)Lakin bunların hamısını sizə Mənim adıma görə
edəcəklər, çünki Məni Göndərəni tanımırlar.  ^(22)Əgər gəlib onlara söyləməsəydim,
günahları olmazdı, amma indi günahları üçün bəhanələri yoxdur.  ^(23)Mənə nifrət
edən Atama da nifrət edir.  ^(24)Əgər Məndən başqa heç kəsin etmədiyi işləri onların
arasında etməsəydim, günahları olmazdı. Amma indi Mənim nə etdiyimi gördülər, həm
Mənə, həm də Atama nifrət etdilər.  ^(25)Lakin bu ona görə baş verdi ki, öz Qanunlarında
yazılan “Mənə nahaqdan nifrət etdilər” sözü yerinə yetsin.  ^(26)Atadan sizə göndərəcəyim
Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət
edəcək.  ^(27)Siz də şəhadət edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz.

**Müəllif:**_** İdris Azəri**_
