# Həmişəlik qurban təqdimatı – İsa Məsihdir.

- Link: https://xilasinyolu.site/dailybread/h%c9%99mis%c9%99lik-qurban-t%c9%99qdimati-isa-m%c9%99sihdir/
- Published: 2021-09-06T23:48:24+04:00
- Author: thecasper

Yeni gündə Rəbbin sözü haqqında düşünək. Çünki Rəbb Allahın sözü bizi Yaradan haqqında,
Onun iradəsi və bizə olan niyyəti haqqında xəbər verir. Biz İncildə oxuyuruq və 
görürük ki,Yeri və Göyü – hər şeyi Yaradan Odur. Hər nə varsa, Onun vasitəsi ilə
və Onun üçün yaradıldı. Hər şeyin üzərində duran Rəbb Allahdır. Rəbb bu bəşəriyyəti
yaradaraq insana verdi ki,insan xoş gün görsün və faydalansın. Ancaq insanlar yer
üzərində artdıqca bir-birlərinə qarşı etdikləri haqsızlıq da artdı. Zina,qatillik,
oğurluq getdikdə çoxaldı. Bu həyat tərzi Yaradan Rəbb Allahın iradəsinə uyğun deyil,
ziddir. İnsan Yaradanına qarşı günahkar oldu,Rəbbin məhəbbətini qazanmaq üçün qurbanların
təqdimatına ehtiyac duydu. Bir insan başqa bir insana qarşı etdiyi haqsızlığa görə
bir qoç gətirərək onun ayağının altında kəsib “bağışla” desəydi,həyat nə qədər də
gözəl olardı. İnsan qatilliyi,təcavüz,işğal,zorakılıq Yaradana qarşı edilən günahdır.
Bu zaman insan Yaradanın qarşısına gəldikdə qurbanlar təqdim etməyə vadar olur. 
Qurbanlarını təqdim edən insan özü də anlayır ki,sürdüyü həyat tərzi pisdir. Bir
insan təqdim edirsə,mənası budur: “Allahım,sənin qarşında günahkaram.” Ancaq Rəbb
Allah onu bağışlayarsa,həmin adam bağışlanmış olacaqdır. Qurban təqdim edən adamda
Allah qorxusu var. Həmin adam qurban təqdim etməklə Rəbbə məqbul iş görmək istəyir.
Bəs Rəbb Allahın münasibəti nədir? Çünki biz Rəbb Allaha qurbanları Onunla barışmaq
məqsədi ilə təqdim edirik. Bəs Yaradan Allahın iradəsi nədir,O nə istəyir və gözləyir
bizdən? Var Olan Rəbb Allahın iradəsini biz Müqəddəs Kitabda görə bilərik.
 İbranilərə
məktub 10:3-4:”Amma bu qurbanlar vasitəsilə insanlar ildən-ilə günahlarını yadlarına
salır. Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür.”
Hər il,hər dəfə qurban kəsdikdə və onu təqdim etdikdə günahkar olduğumuzu yada salırıq.
İnsan xoş niyyəti və Allah qorxusu ilə Rəbbin qarşısına gəlib qurban təqdim etdikdə,
özünün günahkar olduğunu yadına salır. Rəbb Allahın mərhəmətinə və bağışlanmasına
nail olmaqdan ötrü həmin qurbanı insan təqdim edir ki,Rəbb onu bağışlasın. Rəbb 
Allahın sözü isə deyir ki,buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq
mümkün deyil. Ona görə hər dəfə qurban təqdim etməyə ehtiyac olur. Bu,bitməyən həyat
tərzi,peşmançılıq, günahkarlıq hissidir. İbranilərə məktub 10:5-7:”Buna görə Məsih
dünyaya gələndə deyir: «Qurban və təqdim istəmədin, Amma Mənə bir bədən hazırladın.
Yandırma qurbanı, günah qurbanından xoşun gəlmədi. O zaman dedim: “Budur,gəlmişəm,
Kitab tumarında Mənim haqqımda yazılıb. Ay Allah,Sənin iradəni yerinə yetirim”».
İsa Məsih deyir:”Məndən əvvəl gələn Peyğəmbərlərin kitablarında yazılanları yerinə
yetirmək üçün gəldim. Çünki hələ bəşəriyyət qurulandan Peyğəmbərlər deyirdilər ki,
Məsih – insanları günahlardan azad edən gələcək. Ona iman edən,Onub qurbanını qəbul
edən tamamilə günahdan azad olacaqdır və onların günahları yada salınmayacaqdır.
Rəbb Allah bəşəriyyəti, yaratdığı insanları o qədər sevir ki, insanların günah içində
yaşamağını istəmir. Yerin və Göyün sahibi olan Rəbb Allah səni sevir. O istəmir 
ki,sən günah altında yaşayasan,vicdan əzabı çəkəsən. Var Olan Rəbb Allah Özü azadlıq,
qurtuluş verir. Onun təqdim etdiyi birdəfəlikdir. İsa Yer üzünə gələndə bilirdi 
ki,kəffarə qurbanı olacaq. İnsanların əvəzinə özünü qurban verdi. Bu,Rəbb Allahın
iradəsidir. İbranilərə məktub 10:10:”Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin
birdəfəlik təqdim olunmasına görə təqdis olunduq.” Bu,Rəbbin sənə olan sözüdür. 
İsa Məsihin bədənində,Onun çarmıxda axıtdığı qanı vasitəsi ilə birdəfəlik və tamamilə
təqdis olunduq,günahdan və lənətdən azad olunduq. Onun yaralarında biz şəfa aldıq
və azad olduq. Yaradan Özü bunu etdi. Biz bacarmadığımızı Rəbb bizim yerimizə etdi
ki,yaşadığımız bu qısa ömürdə əzab çəkməyək. Günahın bəhrələri ilə dolmayaq, Rəbb
Allahın sənə olan istəyi tam əksinədir. Rəbb Allah istəmir ki,sənin həyatın ancaq
Yer üzündə yaşadığın müddətlə bitsin və sən dünyanı dəyişdikdən sonra torpağa qoyulub
unudulasan. Rəbb istəyir ki,sən yaşayasan. Çünki Rəbb Allah insanı yaradanda onu
yaşayan can etdi. Rəbb Allahın iradəsi budur ki,yalnız Yer üzərində yaşayışla kifayətlənməyək,
amma əbədi həyata malik olaq. Necə?Necə mümkündür buna nail olmaq?Necə mümkündür
Rəbb Allahın padşahlığına girmək?Necə mümkündür insanların arzuladığı cənnətə daxil
olmaq?Rəbb Allahın təqdim etdiyi o kəfalə qurbanını qəbul etməklə ona pənah gətirməklə
və onunla yaşamaqla. Məsih günahlar üçün yanlız bir qurban təqdim etdikdən sonra
əbədi olaraq Rəbb Allahın sağında oturdu.Çünki o yanlız bir təqdim vasitəsiylə tədris
olunmaqda olanları həmişəlik kamilləştirdi.Onun təqdim elediyi qurban vahid bir 
qurbandır.Ondan başqası olmayacaq.Ondan başqası yoxdur.O,həmişəlikdir.Həmişəlik 
təqdim ediləndir.İnsan nə qədər yer üzündə öz həyatını yaşayırsa onun üçün verilən
təqdimat budur.Onu bağışlanmaq üçün,onu tədris etmək üçün,günahdan dönməm üçün,Rəbb
Allah yoluyla gedip salehlərin yolçusu olmaq üçün Rəbb Allahın təqdim etdiyi qurbandır.
Rəbb Allahın kəlamı deyir:”Ona iman edən utandırılmaz.” Rəbb Allah bu qurbanı təqdim
etməklə səni tamamilə azad edir.Tamamilə günahdan və günah qorxusundan azad edir.
Bəs mən bəndə nə edim?Onun iradəsinə görə hərəkət edim?Yoxsa öz bildiyim kimi edim?
Əgər mən təqdimatları var olan Rəbb Allaha verirəmsə Onun iradəsinə görə,xoş niyətinə
görə,Onun Müqəddəs Kitabında yazıldığına görə hərəkət edirəm.Rəbb Allah hər birimizin
günahlarının bağışlanmasından ötürü və bundan sonra yer üzünə nə qədər insan doğulursa
doğulsun Rəbb Allahın sözü deyir ki,bunu o həmişəlik etdi.Bu bəşəriyət üçün həmişəlik
edilən kəfalə qurbanı verdi.Ona iman edən utandırılmır.Ona iman edən günahlarının
bağışlanmasına malikdir.Ona iman edən əbədi həyata nail olur.Həmin O,qurban Məsih
İsadır.2000 min il bundan əvvəl Yerusəlimdə çarmığa çəkilmişdi.Bəşəriyətin günahını
öz üzərinə götürərək,insanlar ölməsin deyə özünü könüllü olaraq qurban təqdim edən
Rəbb Allahın oğlu Məsih İsadır. Ona iman azadlıq gətirir. Ona iman vicdan azadlığına
gətirir. Ona iman lənətdən azadlıq gətirir. Ona iman rifat və xoş günlər görmək 
üçün əsas səbəbdir. İman et. İman etdiyində isə ona sarıl. Onun haqqında düşün və
Ona minnətdar ol. Mən istəyərdim indi biz birlikdə dua edək. Bərəbər dua et və Rəbb
Allahın sənin günahlarını bağışlamasından ötürü təqdim edilən günahın əvəzi olmasın
sənin həyatında deyə təqdim etdiyi qurbana Məsihə görə minnətdar ol. Rəbb Allaha
alqış et. Qoy könlün sevinsin. Azadam. Çünki məni azad edən,var olan Rəbb Allah 
Özüdür və əgər Rəbb Allah məni günahdan azad etdisə,mən azadam. Bu azadlıqda yaşayacağam.
Günahdan azadlıq,lənətdən azadlıq, ölümdən azadlıq qazanacağam. Qoy Rəbb xeyir-dua
versin. Məsih İsada nail olduğunuz azadlıqda möhkəm qalın və bu yolla var olan Rəbb
Allahı izzətləndirin.

**Müəllif:_ İdris Azəri_**
