# Dua – nədir?

- Link: https://xilasinyolu.site/dailybread/dua-nedir/
- Published: 2023-01-07T00:32:24+04:00
- Author: rmzsmyl

#### Dua – nədir?

Dua – Məsihçi həyatının ayrılmaz hissəsidir.
 Dua sadəcə vaxt aşırlı olmaq təyinatını
daşımır, duaya həsr olunmaq lazımdır.  Diz üztə dua edən insan – ayaq üstə möhkəm
dayanan insandan daha uğurlu olur və Allahın möhtəşəm işlərini görür. Dua – Allaha
hər hansı bir tapşırıq vermək üçün deyil.. Dua – Allaha öz iradəni söyləmək üçün
deyil,  Dua – özünü Allahın iradəsini icra etmək üçün hazırlamaq üçündür.  Dua –
dua edən üçün göylərin xəzinəsini açandır və cəhənnəmin atəşini söndürəndir.  Dua–
hər çür xəstəlikdən və bəladan qurtarandır…  Dua – özünü göstərmək üçün deyil..  
Dua – Yaradan Allah ilə səmimi, açıq ünsiyyət vasitəsidir;

Ailəndə problem olarsa – dua et,
 İşində uğursuzqluq varsa – dua et;  Hər hansı 
çətinliyin varsa – dua et;  Gələcəyin üçün narahatsansa – dua et; Özündə boşluq 
hiss edirsənsə, tənha olduğunu hiss edirsəndə, ruhdan düşmüş hiss edirsəndə – dua
et.

Hər vəziyyətdə dua et – çünki Allah dualara cavab verir..
