# Azərbaycan Mədəniyyəti

- Link: https://xilasinyolu.site/azerbaycan-medeniyyeti/
- Published: 2022-04-11T15:35:59+04:00
- Author: rmzsmyl

Azərbaycan musiqisini dinləyən, şer və qəzəllərini oxuyan, Azərbaycan rəssamlarının
sənət əsərlərinə tamaşa edən, nəqqaşlıq, misgərlik kimi sənətkarlıq nümunələri ilə
tanış olan hər bir kəs özünü sanki sehrli bir dünyada hiss edir. Bu da təsadüfi 
deyil. Azərbaycanın qədim milli-mənəvi dəyərləri, təbiətinin füsunkarlığı sanki 
musiqiyə, sənət əsərlərinə hopub. Azərbaycan incəsənəti təbiəti kimi rəngarəng, 
dolğun və zəngindir. Qədim milli-mənəvi dəyərləri, ənənələrini özündə yaşadan Azərbaycan
bu gün dünyada müxtəlif sivilizasiyaların qovşağı kimi tanınır.

**Teatr**

![](https://www.e-gov.az/home/getfile/52)

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri
ilə bağlıdır. “Novruz” mərasiminin mühüm epizodunu təşkil edən “Kosa-kosa” oyunu
əsl teatr nümunəsidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar
geyinən, maska taxan aktyor var. Elə professional Azərbaycan teatrının təşəkkülündə
də xalq teatrı əhəmiyyətli rol oynayib.
 Azərbaycanda professional teatrın tarixi
1873-cü ildən başlayır. Həmin il martın 10-da Azərbaycan mətbuatının banisi Həsən
bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə bir qrup həvəskarlardan ibarət 
dəstə böyük mütəfəkkir, milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundovun “Lənkəran
xanın vəziri” və “Hacı Qara” komediyalarını səhnəyə hazırladılar. Bununla da Azərbaycan
teatrının bünövrəsi qoyuldu. Gələcəkdə dünya dramaturgiyasının şah əsərləri ilə 
yanaşı, Azərbaycan teatrının repertuarı Hüseyn Cavid, Nəriman Nərimanov, Əbdülrəhim
bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Mir Cəlal Paşayev, Bəxtiyar
Vahabzadə, Nəbi Xəzri, İlyas Əfəndiyev kimi ədəbi nəhənglərin əsərləri ilə zənginləşdi.
Hazırda Azərbaycanda öz repertuarı ilə seçilən 23 teatr var. Azərbaycanın tolerant
bir ölkə olması ölkənin mədəni həyatında da özünü büruzə verir və hazırda ləzgi,
rus dillərində teatrlar da fəaliyyət göstərir.

**Kino**

![](https://www.e-gov.az/home/getfile/30)

2 avqust 1898-ci il. Azərbaycan kino salnaməsi bu tarixdən başlayır. İlk kinoseansda
tamaşaçılara ssenari müəllifi, rejissor, fotoqraf və nasir Aleksandr Mişonun lentə
aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında
xalq gəzintisi”, “Qafqaz rəqsi” xronika süjetləri və “İlişdin” adlı bədii kinosüjet
təqdim olunmuşdu.
 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun əsəri əsasında rejissorlar
Boris Svetlov və Qriqori Lemberq “Neft və milyonlar səltənətində” adlı ilk tammetrajlı
bədii filmi lentə almışdılar. Bu cütlük öz yaradıcılıq tandemini həmin dövrdə ekranlara
çıxaran “Arvad” və “Yeni tərzdə köhnə əhvalat” ilk tammetrajlı bədii filmlərində
də davam etdirmişdilər. “Neft və milyonlar səltənətində” filminin dəyərini artıran
xüsusi bir cəhəti qeyd etmək yerinə düşərdi. Çünki bu filmdə həmin dövrün məşhur
teatr nəhəngləri Hüseyn Ərəblinski, Mirmahnud Kazımovski, görkəmli xanəndə Cabbar
Qaryağdıoğlu və tarzən Qurban Pirimov çəkilmişdi. Ü.Hacıbəylinin “Arşın mal alan”
operettası əsasında eyniadlı ilk kinokomediya da elə bu dövrdə meydana gəlib. Azərbaycan
kinosunun səssiz mərhələsində bu əsəri ekranlaşdırmaq cəhdi uğursuzluqla nəticələndi.
Lakin əsərin 1945 və 1965-ci ildə ekranlara çıxan səsli versiyaları keçmiş Sovet
məkanında ən çox kassa gəliri əldə edən film olub. 1945-ci ildə çəkilən “Arşın mal
alan” filmi Sovet ekranında uzun illər nümayiş olunan xarici ölkə filmlərinin arasından“
100 sevimli film” sırasında “Qızıl siyahı”ya daxil edilib. 1925-ci ildə ilk Azərbaycan
detektiv filmi olan “Əvəz-əvəzə” (rejissor Aleksandr Litvinov) ekrana gəlir. Azərbaycanın
ilk milli kinorejissoru kimi isə Abbas Mirzə Şərifzadə “Bismillah” filminə quruluş
verib. Dünyada səsli filmlərin çəkilişlərinin geniş vüsət aldığı dövrdə Azərbaycan
kinosu da sükutdan xilas oldu. 1936-cı ildə ilk səsli “Mavi dəniz sahilində” filmi(
filmin rejissoru Boris Barnet, operatoru Mixail Kirillov) ekranlara çıxdı. 1956-
cı ildə kinosevərlər ilk dəfə “O olmasın, bu olsun” filmini rəngli kadrlarda izlədilər.
Filmi Azərbaycan peşəkar musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəylinin
eyniadlı komediyası əsasında rejissor Hüseyn Seyidzadə, operator Əlisəttar Atakişiyev
lentə almışdı.

**İncəsənət**

![](https://www.e-gov.az/home/getfile/28)

Azərbaycan ərazisində e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qayaüstü təsvirləri,
Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc
dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda
Gəmiqaya dağlarındakı qayaüstü rəsmlər təsviri sənətin qədimliyindən xəbər verir.
Təkcə Qobustanda 4000-dən çox petroqlif, yəni daş üzərində oyma texnikası əsasında
çəkilmiş qayaüstü rəsmlər aşkarlanıb.
 Təsviri sənətin qədim nümunələri arasında
dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar(
relyef təsvirlər), heykəllər üstünlük təşkil edir. Bu sırada Naxçıvan, Xocavənd,
Gədəbəy, Ürmiya gölü, Qarabağ ərazisindən tapılan kürə formalı qab, ikibaşlı maral
fiquru, üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab, aypara şəklində qızıl
yaxalıq, qızıl cam, keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə göz oxşayır.
Mingəçevirdən, Şamaxıdan tapılmış dekorativ qablar, piyalələr, qadın bəzək əşyaları
Azərbaycanda qədim vaxtlardan şüşə istehsalının mövcudluğunu sübuta yetirir. Həkkaklıq
və heykəltəraşlıq nümunələri Albaniya dövrü sənətində geniş yayılmışdır. Bu dövrün
ən kamil heykəltaraşlıq nümunəsi Mingəçevir məbədinin (5-6 əsrlər) daş kapitelinin
səthində müqəddəs dirilik ağacının sol və sağında üz-üzə dayanmış iki tovuz quşunun
qabartma təsviridir. Şəki, Şuşa, Quba, Ordubad, Lahıcda, eləcə də digər şəhər və
yaşayış məskənlərində saxlanılan monumental divar rəsmləri xalq yaradıcılığı ənənələri
ilə sıx bağlıdır. Şəki Xan Sarayı, eləcə də bir çox bölgələrdə divar rəsmləri həmin
dövrdə yaşayıb yaradan sənətkarların ustalığından xəbər verir. Azərbaycan qədim 
zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan
memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi,
memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatın və Yusif ibn Küseyir türbələri,
Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı
rəsmlər və digərləri memarlıq sənətinin nadir inciləridir. Bu gün Azərbaycan rəssamlarının,
heykəltəraşlarının əsərləri dünyada tanınır və sərgilənir. Əzim Əzimzadə, Səttar
Bəhlulzadə, Maral Rəhmanzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Ömər Eldarov və
digər tanınmış rəssam və heykəltəraşlar yaratdıqları əsərlərlə Azərbaycan sənətini
zənginləşdirirlər. Yeri gəlmişkən, UNESCO-nun 2009-cu ili Səttar Bəhlulzadə ili 
elan etməsi beynəlxalq aləmdə Azərbaycan təsviri sənətinin təqdir olunması kimi 
qəbul edilir. Müasir boyakarlıq sənətində mənzərə janrının yaradıcısı, rəssam, qrafik
Səttar Bəhlulzadənin əsərləri Parisin, Neapolun, Vyananın, Havananın, Berlinin, 
Dəməşqin, Beyrutun, Bağdadın sərgi salonlarında nümayiş olunub. Ümumiyyətlə, bu 
gün Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın,
Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına
baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ
ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

**Xalçalar**

![](https://www.e-gov.az/home/getfile/54)

Azərbaycan xalçaları 2010 –cu ilin noyabrından etibarən UNESCO-nun “Qeyri-maddi 
Mədəni İrs” siyahısında qorunur. Azərbaycanda hələ qədim dövrlərdə ipək, qızıl, 
gümüş saplardan xalçalar toxunurdu. Arxeoloji materiallara əsasən Azərbaycanda xalçaçılıqla
hələ tunc dövründən (e.ə II minillik) məşğul olmuşlar. Bu barədə Herodot, Klavdi
Elian, Ksenofont, Musa Kalankatlı kimi dünya tarixçiləri də məlumat vermişlər.
 
Azərbaycan xalçaları xovlu və xovsuz olur. Xovsuz xalçalar öz toxunma üsuluna, kompozisiya
quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən
8 növə bölünür: Palaz, Cecim, Ladı, Kilim, Şəddə, Vərni, Zili, Sumax. Xalça sənəti
coğrafi mövqeyinə görə şərti olaraq 7 məktəbə (Quba, Abşeron, Şirvan, Gəncə, Qazax,
Qarabağ, Təbriz) ayrılır. Bunların hər biri coğrafi mövqeyinə, naxış, kompozisiya,
rəng həlli və texniki xüsusiyyətlərinə görə fərqlənir.

**Musiqi**

![](https://www.e-gov.az/home/getfile/37)

Azərbaycanda musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən
bir sıra abidələr, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I
minilliklər) qayaüstü rəsmlərindən alınıb. Açıq səma altında muzeyə çevrilən Qobustan
ərazisində qeyri-adi “çalğı alətləri”–güclü səslər verən və hər biri ayrı tembrə
malik olan daşlar keçmişdən dəyərli xatirə kimi bu gün də qorunur.
 Azərbaycan muğamı
2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən
biri elan olunub. Muğam mənalı söz və musiqinin vəhdətindən yaranan ecazkar kompozisiya,
bitkin və kamil sənət əsəridir. Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar“
Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi
muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır. Muğamlar ifaçıdan xüsusi
boğaz texnikası və geniş səs diapazonu tələb edir. Muğam sənəti Azərbaycan musiqisini
zənginləşdirərək, ona yeni janrlar gətirmişdir. Üzeyir Hacıbəylinin muğam-operaları,
Vaqif Mustafazadənin muğam-cazı, Aqşin Əlizadə və Nəriman Məmmədovun muğam sonataları,
Fikrət Əmirov, Niyazi, Süleyman Ələsgərov, Nazim Əliverdibəyovun xor və simfonik
muğamları Şərq və Qərb musiqi ənənələri əsasında meydana gələn olduqca maraqlı və
nadir eksperimentlərdir. Azərbaycanda opera sənəti keçən əsrin əvvəllərində təşəkkül
tapmağa başlayıb. Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də Üzeyir
Hacıbəylinin H.Z.Tağıyev teatrında səhnələşdirilən və müsəlman Şərqinin ilk opera
əsəri olan “Leyli və Məcnun”u ilə qoyulub. Azərbaycan musiqisinin digər qolunu isə
tamamilə fərqli quruluşa və ifaçılıq vərdişlərinə sahib olan aşıq sənəti təşkil 
edir. Kiçik bir tamaşanı xatırladan aşıq sənəti çoxşaxəli şifahi xalq yaradıcılığının
bir istiqamətidir. Orada xalqın sadə istək və arzuları, sevgi və qəhrəmanlıq hissləri
bədii əksini tapır. Aşıqlar həm də ən yaxşı səyyahlardır. Eldən-elə dolaşan sənətkarlar
gördüklərini, eşitdiklərini, başlarına gələn ən maraqlı hadisələri nəzmə çəkərək
dastanlara çeviriblər. “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Tahir 
və Zöhrə” və digər dastanlar da belə yaranıb. Azərbaycan bəstəkarları, xüsusilə 
Üzeyir Hacıbəyli, Qara Qarayev öz yaradıcılığında aşıq musiqisinin səxavətindən 
dönə-dönə yararlanıblar. Azərbaycanın aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni 
irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.[:en]Everyone who listens to 
Azerbaijani music, reads poems and gossips, watches Azerbaijani artists’ works, 
and learns about such arts as painting and copper, feels in a magical world. This
is not accidental. The ancient national and spiritual values of Azerbaijan, the 
enchantment of nature, as if it were music and art. Azerbaijani art is as colorful,
rich and rich as the nature. In keeping with its ancient national-spiritual values
and traditions, Azerbaijan is known today as the junction of various civilizations
around the world.

**Theater**

The roots of theatrical art in Azerbaijan are related to the activities of the people,
their livelihoods, festivals and wedding traditions. The “Kosa-Kosa” game, which
forms an important episode of the “Novruz” ceremony, is a true theatrical example.
Here’s a sequel plot, dramatic action, and a mask-wearing actor. Folk theater played
an important role in the creation of such a professional Azerbaijani theater.
 The
history of professional theater in Azerbaijan dates back to 1873. At the initiative
of Hasan bey Zardabi and Najaf bey Vezirov, the founder of the Azerbaijani press,
on March 10, a group of amateurs made the comedy “Lankaran khan” and “Haji Kara”
by Mirza Fatali Akhundov, the founder of the national drama. Thus, the foundation
of the Azerbaijani theater was laid. In addition to the masterpieces of world drama,
the repertoire of the Azerbaijani theater includes Huseyn Javid, Nariman Narimanov,
Abdulrahim bey Hagverdiyev, Jalil Mammadguluzadeh, Najaf bey Vazirov, Mir Jalal 
Pashayev, Bakhtiyar Vahabzadeh, At present there are 23 theaters in Azerbaijan with
their repertoire. The fact that Azerbaijan is a tolerant country is also reflected
in the cultural life of the country, and currently there are theaters in Lezghian
and Russian languages.

**Film**

August 2, 1898 The Azerbaijani film chronicle dates back to this date. The first
film was presented to the audience by screenwriter, director, photographer and illustrator
Chronicle of “Oil Fountain in Bibiheybat”, “Oil Fountain in Balakhani”, “Walking
in the City Gardens”, “Caucasus Dance” and “Ilyushdin”. .
 In 1916, directors Boris
Svetlov and Grigori Lemberg, based on the work of writer Ibrahim bey Musabeyov, 
made their first full-length feature film in the Kingdom of Oil and Millions. The
pair continued their creative tandem in their first full-length feature films, “
Wife” and “The New Story,” which was then released on screen. It would be worth 
mentioning a special aspect that increases the value of the movie “The Kingdom of
Oil and Millions.” Because in this film the famous theater giants of the time were
Hussein Arablinski, Mirmahnud Kazimovowski, prominent singer Jabbar Garyagdioglu
and style Kurban Pirimov. The first film of the same origin based on the operetta“
Arshin mal alan” by U. Hajibeyli also appeared at that time. Attempts to screen 
this work in the silent phase of Azerbaijani cinema have failed. However, sound 
versions of the work, which appeared on screens in 1945 and 1965, were the highest-
grossing film in the former Soviet Union. The film “Arshin Mal Alan”, shot in 1945,
was included in the “Golden List” of the “100 favorite movies” among the many foreign
films on the Soviet screen. In 1925, the first Azerbaijani detective movie, “Replacement”(
directed by Alexander Litvinov) appears on screen. As the first national filmmaker
in Azerbaijan, Abbas Mirza Sharifzade made the film “Bismillah”. Azerbaijan’s cinema
has escaped silence in the midst of the widespread shooting of sound films around
the world. In 1936, the first soundtrack to the Blue Sea (film directed by Boris
Barnet, cameraman Michael Kirillov) appeared on the screens. In 1956, the filmmakers
first watched the film “Let It Be It” in colorful scenes. The film was filmed by
director Huseyin Seyidzade and cameraman Alakattar Atakishev based on the same comedy
by Uzeyir Hajibeyli, the founder of Azerbaijani professional music and national 
opera.

**Art**

In the territory of Azerbaijan Gobustan rock paintings dating from the VIII-V centuries,
paintings from the beginning of the Bronze Age (3rd millennium BC) on the Ayikingqili
and Perichinkyl Mountains, near the Zalxa Lake of Kalbajar, to the Gamigima rock
north of Ordubad. In Gobustan alone, more than 4,000 petroglyphs, that is, rock 
paintings based on stone carving techniques, were discovered.
 Among the ancient
examples of fine arts are pottery, decorative ornaments, paintings, reliefs, sculptures,
sculptures of stone and metal. Among them are Nakhchivan, Khojavand, Gadabay, Lake
Urmiya, globe-shaped dishes found in the territory of Garabagh, double-shaped reindeer,
bronze plates with 5 fantastic animal drawings, golden collars, golden glass, ceramic
vessels with their elegance and beauty. Decorative dishes, cups, and ornaments found
in Mingachevir and Shamakhi prove the existence of glass production in Azerbaijan
since ancient times. Patterns of sculpture and sculpture are widely used in the 
art of the Albanian period. The most perfect example of this period is the depiction
of two peacock birds standing on the left and right of the sacred tree on the surface
of the stone capital of the Mingachevir temple (5th-6th centuries). Monumental wall
paintings in Sheki, Shusha, Guba, Ordubad, Lahij, and other cities and settlements
are closely linked to folk art traditions. The Sheki Khan Palace, as well as many
areas, show the mastery of artists who lived and created the wall at that time. 
Azerbaijan is enriched with ancient fine arts and architectural works that have 
been a part of folk art since ancient times. The Maiden Tower and Shirvanshahs Palace
Complex in Baku, the architectural letter from the architect Ajami to Nakhchivan
and the tombs of Yusuf ibn Küseyir, the Panahali khan’s palace in Shusha, the paintings
on the wall of the Sheki khan’s palace and many others are rare. Today, the works
of Azerbaijani artists and sculptors are known and exhibited around the world. Azim
Azimzade, Sattar Bahlulzade, Maral Rahmanzadeh, Tahir Salahov, Togrul Narimanbekov,
Omar Eldarov and other famous artists and sculptors enrich the art of Azerbaijan.
By the way, UNESCO’s announcement of 2009 as the year of Sattar Bahlulzadeh is regarded
as an appreciation of Azerbaijani fine arts internationally. Works of landscape 
genre creator, painter and graphic artist Sattar Bahlulzade are displayed in exhibition
halls in Paris, Naples, Vienna, Havana, Berlin, Damascus, Beirut, and Baghdad. In
general, today, Victoria and Albert in London, Louvre in Paris, Washington Metro,
Vienna, Rome, Berlin, Istanbul, Tehran, Cairo look at the rich museums of Tabriz,
Nakhchivan, Ganja, Gazakh, Guba, Baku, Sheki and Shamakhi. examples of handmade 
art.

**Carpets**

Azerbaijani carpets have been included in the UNESCO Intangible Cultural Heritage
List since November 2010. In ancient times, carpets from silk, gold, and silver 
threads were woven in Azerbaijan. According to archaeological materials, carpet 
weaving in Azerbaijan has been engaged in Bronze Age (II millennium BC). This has
been reported by world historians such as Herodotus, Claudius Elian, Xenofont, and
Moses Kalankatli.
 Azerbaijani carpets are slippery and non-woven. Weaving carpets
are divided into 8 different types: Palaz, Cecim, Lad, Kilim, Shade, Varni, Zili,
Sumax. The geography of carpet art is divided into seven schools (Guba, Absheron,
Shirvan, Ganja, Gazakh, Karabakh, Tabriz). Each of them differs by its geographical
location, pattern, composition, color resolution and technical specifications.

**Music**

The earliest information about music in Azerbaijan was derived from archaeological
excavations, rock figures from Gobustan (18th-3rd millennium BC) and Gamigaya (III-
I millennium BC). In Gobustan, which has become a museum in the open air, unusual“
musical instruments” – stones that give a powerful sound and each with a different
timbre, are still preserved today as a valuable memory.
 Azerbaijani mugham was 
declared by UNESCO in 2003 as one of the masterpieces of the oral and intangible
heritage of mankind. Mugam is a marvelous composition, a plant and a perfect work
of art, inspired by the unity of meaningful words and music. There are 7 main and
3 auxiliary mughams in Azerbaijan. The main mugams are “Rast”, “Shur”, “Segah”, “
Chahargah”, “Bayati-Shiraz”, “Shushtar” and “Humayun”, and auxiliary mugams “Shahnaz”,“
Saranj” and “2nd type”. is. The mugams require a special throat technique and a 
wide range of sound from the performer. Mugam’s art enriched Azerbaijani music and
brought it new genres. The musicians of Uzeyir Hajibeyli, the mugam and jazz singers
of Vagif Mustafazadeh, the mugam sonatas of Akshin Alizadeh and Nariman Mammadov,
the chorus and the symphonic singer-songwriters of the chorus and symphonic singers.
Opera art began to emerge in Azerbaijan at the beginning of the last century. The
basis of opera art in Azerbaijan was laid on January 12, 1908 by Leyli and Majnun,
which was staged at Uzeyir Hajibeyli’s H.Z Tagiyev Theater and was the first Muslim
Eastern opera. Another piece of Azerbaijani music is ashug art with a completely
different structure and singing skills. The ashug art, reminiscent of a small performance,
is a facet of multi-faceted oral folk art. It is an artistic expression of the simple
desires and wishes of the people, the feelings of love and heroism. Ashigs are also
the best travelers. The artisans, who have been walking around, have transformed
what they saw, heard and heard, the most interesting events. Such epics as “Abbas
and Gulgaz”, “Ashig Karib”, “Original and Kerem”, “Tahir and Zohra” and others. 
Azerbaijani composers, especially Uzeyir Hajibeyli and Gara Garayev, have benefited
from the generosity of ashug music in their creations. Azerbaijani ashug art is 
included in the UNESCO Representative List of Intangible Cultural Heritage.[:ru]
Каждый, кто слушает азербайджанскую музыку, читает стихи и сплетни, смотрит работы
азербайджанских художников и узнает о таких искусствах, как живопись и медь, чувствует
себя в волшебном мире. Это не случайно. Древние национальные и духовные ценности
Азербайджана, очарование природы, как будто это музыка и искусство. Азербайджанское
искусство такое же красочное, богатое и богатое, как и природа. В соответствии со
своими древними национально-духовными ценностями и традициями, Азербайджан сегодня
известен как соединение различных цивилизаций по всему миру.

**Tеатр**

Корни театрального искусства в Азербайджане связаны с деятельностью людей, их средствами
к существованию, фестивалями и свадебными традициями. Игра «Коса-Коса», которая 
является важным эпизодом церемонии «Новруз», является настоящим театральным примером.
Вот продолжение сюжета, драматическое действие и актер в маске. Народный театр сыграл
важную роль в создании такого профессионального азербайджанского театра.
 История
профессионального театра в Азербайджане восходит к 1873 году. По инициативе основателя
азербайджанской прессы Хасана бека Зардаби и Наджафа бека Везирова 10 марта группа
любителей сняла комедии «Ленкорань хан» и «Гаджи Кара» Мирзы Фатали Ахундова, основателя
национальной драмы. Таким образом, фундамент азербайджанского театра был заложен.
Помимо шедевров мировой драмы в репертуаре азербайджанского театра есть Гусейн Джавид,
Нариман Нариманов, Абдулрахим бек Хагвердиев, Джалил Мамедгулузаде, Наджаф бек Вазиров,
Мир Джалал Пашаев, Бахтияр Вахабзаде, В настоящее время в Азербайджане имеется 23
театра с репертуаром. Тот факт, что Азербайджан является толерантной страной, также
отражен в культурной жизни страны, и в настоящее время есть театры на лезгинском
и русском языках.

**Дерево**

2 августа 1898 г. Азербайджанская кинохроника восходит к этой дате. Первый фильм
был представлен зрителям сценаристом, режиссером, фотографом и иллюстратором. Хроника«
Нефтяной фонтан в Бибихейбате», «Нефтяной фонтан в Балаханах», «Прогулка по городским
садам», «Кавказский танец» и «Ильюшдин». ,
 В 1916 году режиссеры Борис Светлов 
и Григорий Лемберг, основанные на творчестве писателя Ибрагима бека Мусабекова, 
сняли свой первый полнометражный художественный фильм в «Царстве нефти и миллионов».
Пара продолжила свой творческий тандем в своих первых полнометражных художественных
фильмах «Жена» и «Новая история», которые затем были выпущены на экран. Стоит упомянуть
особый аспект, который повышает ценность фильма «Королевство нефти и миллионы». 
Потому что в этом фильме известными театральными гигантами того времени были Хусейн
Араблинский, Мирмахнуд Казимововский, выдающийся певец Джаббар Гарягдиоглу и стиль
Курбан Пиримов. Первый фильм того же происхождения по мотивам оперетты «Аршин мал
алан» У. Гаджибейли также появился в то время. Попытки показать эту работу в молчаливой
фазе азербайджанского кинематографа провалились. Однако звуковые версии произведения,
появившиеся на экранах в 1945 и 1965 годах, были самым кассовым фильмом в бывшем
Советском Союзе. Фильм «Аршин мал алан», снятый в 1945 году, был включен в «Золотой
список» «100 любимых фильмов» среди многих зарубежных фильмов на советском экране.
В 1925 году на экране появляется первый азербайджанский детективный фильм «Замена»(
режиссер Александр Литвинов). Будучи первым национальным кинематографистом в Азербайджане,
Аббас Мирза Шарифзаде снял фильм «Бисмиллах». Азербайджанское кино избежало молчания
во время широко распространенной съемки звуковых фильмов по всему миру. В 1936 году
на экраны вышел первый саундтрек к Синему морю (фильм режиссера Бориса Барнета, 
оператора Михаила Кириллова). В 1956 году создатели фильма впервые посмотрели фильм«
Пусть будет так» в красочных сценах. Фильм снят режиссером Гусейном Сеидзаде и оператором
Алакаттаром Атакишевым по одноименной комедии Узеира Гаджибейли, основателя азербайджанской
профессиональной музыки и национальной оперы.

**искусство**

На территории Азербайджана Наскальные рисунки Гобустана, датируемые VIII-V веками,
картины начала бронзового века (III тысячелетие до н.э.) на горах Айыккили и Перичинкил,
недалеко от озера Залкса в Кельбаджаре, на скале Гамигима к северу от Ордубада. 
Только в Гобустане было обнаружено более 4000 петроглифов, то есть наскальных рисунков,
основанных на технике резьбы по камню.
 К числу древних образцов изобразительного
искусства относятся керамика, декоративные орнаменты, картины, рельефы, скульптуры,
скульптуры из камня и металла. Среди них Нахчыван, Ходжаванд, Гадабай, Озеро Урмия,
блюда в форме шара, найденные на территории Карабаха, двойные олени, бронзовые тарелки
с 5 фантастическими рисунками животных, золотые ошейники, золотое стекло, керамические
сосуды с их элегантностью и красотой. Декоративные блюда, чашки и украшения, найденные
в Мингячевире и Шамахах, доказывают существование стекольного производства в Азербайджане
с древних времен. Узоры скульптуры и скульптуры широко используются в искусстве 
албанского периода. Самый совершенный пример этого периода – изображение двух птиц-
павлинов, стоящих слева и справа от священного дерева на поверхности каменной столицы
храма Мингячевир (V-VI века). Монументальные настенные росписи в Шеки, Шуше, Губе,
Ордубаде, Лагидже и других городах и поселках тесно связаны с традициями народного
творчества. Дворец Шеки-хана, а также многие районы демонстрируют мастерство художников,
которые жили и создавали стену в то время. Азербайджан обогащен древним изобразительным
искусством и архитектурными произведениями, которые были частью народного творчества
с древних времен. Девичья башня и дворцовый комплекс Ширваншахов в Баку, архитектурное
письмо от архитектора Аджами Нахчывану и гробницы Юсуфа ибн Кусейра, дворец Панахали
хана в Шуше, картины на стене дворца Шекинского хана и многие другие встречаются
редко. Сегодня работы азербайджанских художников и скульпторов известны и выставляются
по всему миру. Азим Азимзаде, Саттар Бахлулзаде, Марал Рахманзаде, Таир Салахов,
Тогрул Нариманбеков, Омар Эльдаров и другие известные художники и скульпторы обогащают
искусство Азербайджана. Кстати, объявление ЮНЕСКО 2009 года Годом Саттара Бахлулзаде
считается признанием азербайджанского изобразительного искусства во всем мире. Работы
создателя пейзажного жанра, живописца и графика Саттара Бахлулзаде представлены 
в выставочных залах Парижа, Неаполя, Вены, Гаваны, Берлина, Дамаска, Бейрута и Багдада.
В общем, сегодня Виктория и Альберт в Лондоне, Лувр в Париже, Вашингтонское метро,​​
Вена, Рим, Берлин, Стамбул, Тегеран, Каир смотрят на богатые музеи Тебриза, Нахчывана,
Гянджи, Газаха, Губы, Баку, Шеки и Шамахи. примеры искусства ручной работы.

**ковры**

Азербайджанские ковры были включены в Список нематериального культурного наследия
ЮНЕСКО с ноября 2010 года. В древние времена ковры из шелковых, золотых и серебряных
нитей были сотканы в Азербайджане. Согласно археологическим материалам, ковроткачество
в Азербайджане было занято в бронзовом веке (II тысячелетие до нашей эры). Об этом
сообщают такие мировые историки, как Геродот, Клавдий Элиан, Ксенофонт и Моисей 
Каланкатли.
 Азербайджанские ковры скользкие и нетканые. Ткацкие ковры делятся на
8 разных типов: палаз, цецим, лад, килим, шейд, варни, зили, сумакс. География коврового
искусства делится на семь школ (Губа, Абшерон, Ширван, Гянджа, Газах, Карабах, Тебриз).
Каждый из них отличается своим географическим положением, рисунком, композицией,
цветовым разрешением и техническими характеристиками.

**музыка**

Самая ранняя информация о музыке в Азербайджане была получена из археологических
раскопок, наскальных рисунков из Гобустана (XVIII-III тысячелетия до н.э.) и Гамигая(
III-I тысячелетия до н.э.). В Гобустане, который стал музеем под открытым небом,
необычные «музыкальные инструменты» – камни, дающие мощный звук и каждый с разным
тембром, до сих пор хранятся как ценные воспоминания.
 Азербайджанский мугам был
объявлен ЮНЕСКО в 2003 году одним из шедевров устного и нематериального наследия
человечества. Мугам – это чудесная композиция, растение и совершенное произведение
искусства, вдохновленные единством значимых слов и музыки. В Азербайджане 7 основных
и 3 вспомогательных мугама. Основными мугамами являются “Раст”, “Шур”, “Сегах”, “
Чахарга”, “Баяти-Шираз”, “Шуштар” и “Хумаюн”, а также вспомогательные мугамы “Шахназ”,“
Сарандж” и “2-й тип”. есть. Мугамы требуют от исполнителя особой техники горла и
широкого спектра звука. Искусство Мугама обогатило азербайджанскую музыку и принесло
ей новые жанры. Музыканты Узеира Гаджибейли, мугамные и джазовые певцы Вагифа Мустафазаде,
мугамные сонаты Акшина Ализаде и Наримана Мамедова, хор и симфонические певцы-авторы
хора и симфонических певцов. Оперное искусство стало появляться в Азербайджане в
начале прошлого века. Основа оперного искусства в Азербайджане была заложена 12 
января 1908 года Лейли и Меджнуном, которая была поставлена ​​в Театре имени Г.З.
Тагиева Узеира Гаджибейли и была первой мусульманской восточной оперой. Еще одно
произведение азербайджанской музыки – ашугское искусство с совершенно другой структурой
и навыками пения. Ашугское искусство, напоминающее маленькое представление, является
аспектом многогранного устного народного искусства. Это художественное выражение
простых желаний и желаний людей, чувств любви и героизма. Ашиги также лучшие путешественники.
Ремесленники, которые ходили вокруг, преобразили увиденное, услышанное и услышанное,
самые интересные события. Такие эпопеи как «Аббас и Гульгаз», «Ашиг Кариб», «Оригинал
и Керем», «Тахир и Зохра» и другие. Азербайджанские композиторы, особенно Узеир 
Гаджибейли и Гара Гараев, воспользовались щедростью ашугской музыки в своих творениях.
Азербайджанское ашугское искусство включено в Репрезентативный список нематериального
культурного наследия ЮНЕСКО.[:]

[:az]Azərbaycan musiqisini dinləyən, şer və qəzəllərini oxuyan, Azərbaycan rəssamlarının

irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.